Təbii qidaların istehlakı daha sağlam həyat üçün əvəzolunmazdır. Araşdırmalar göstərir ki, bəzi qidalar beyin üçün xüsusilə faydalıdır.
Sağlam həyat təklifləri bir-bir üzə çıxsa da, ekspertlərdən açıqlamalar gəlməyə davam edir. İrəli yaşlarda beyin sağlamlığı və yaddaş itkisi kimi problemlərin qarşısını almaq üçün müəyyən qidalardan istifadə etməlisiniz.
Elchi.az bu barədə material təqdim edir:
Harvard Universitetinin professoru Uma Naidoo beyni gənc saxlamaq üçün istehlak edilməli olan qidaları açıqlayıb. Beyin sağlamlığı üçün istehlak edilməli olan qidaları təqdim edirik:
Fermentasiya edilmiş qidalar: Fermentasiya üsulu ilə hazırlanan qatıq və turşu kimi qidalarda faydalı bakteriyalar inkişaf edir. Bu faydalı bakteriyalar beynimizi zərərli sərbəst radikallardan və toksinlərdən qoruyur. Sinirləri rahatlaşdıran faydalı bakteriyalar depressiyadan da qoruyur.
Yaşıl yarpaqlı tərəvəzlər: Yaşıl yarpaqlı tərəvəzlər tərkibində pəhriz lifi olan tərəvəzlərdir. Onların tərkibində olan lif bağırsaqlarda faydalı bakteriyaların əmələ gəlməsini dəstəkləyir. Bu bakteriyalar beyinə xoşbəxtlik hormonları da ifraz edir və depressiyaya qarşı qoruyur. Eyni zamanda bu faydalı bakteriyalar sinirləri toksinlərdən təmizləyən bakteriyalardır.
Avokado: Avokado təbii maqnezium ehtiyatı olan qidadır. Avokadonun tərkibində olan maqnezium depressiya və buna bənzər əhval pozğunluqlarının müalicəsində istifadə edilən dərmanların tərkibindədir. Bu dərmanlardan istifadə etmək əvəzinə, gündəlik yemək vərdişlərinizə avokado əlavə edərək beyninizi uzun illər gənc saxlaya bilərsiniz.
Tünd şokolad: Tərkibindəki sağlam yağlar və kakaonun ifraz etdiyi xoşbəxtlik hormonu sayəsində şokolad beyni zərərli sərbəst radikallardan qoruyur və sinirlər arasında aktiv əlaqəni dəstəkləyir. Beyni gənc saxlayan tünd şokolad antioksidant təsiri sayəsində düşünmə və refleks bacarıqlarını da artırır.
Qoz-Fındıq: Tərkibində omeqa qrupu yağ turşuları var. Onların tərkibində olan sağlam yağ turşuları beynin gənc qalması və yaddaşın güclənməsi üçün lazımdır. Eyni zamanda qoz-fındıq vitamin və minerallarla zəngin olduğu üçün beynin qidalanmasına da kömək edir.
Nuranə Məmmədova




