Nazirlər Kabineti Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi Müəllif Hüquqları Agentliyinin tabeliyindən çıxarıb.
Elchi.az Report-a istinadən xəbər verir ki, qurumun qərarına görə, “Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2012-ci il 6 yanvar tarixli 1 nömrəli qərarı ləğv edilib.
Nazirlər Kabineti, həmçinin “Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 10 sentyabr tarixli 488 nömrəli qərarını və “Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 aprel tarixli 84 nömrəli qərarının 1-ci hissəsi ləğv edib.



