Krım, eləcə də Rusiyanın bir sıra digər regionları sənaye miqyasında su çatışmazlığı ilə üzləşə bilər. Elchi.az xəbər verir ki, bu barədə “NSN”ə müsahibəsində hidroloq Mixail Bolqov proqnozlaşdırıb.
Mütəxəssis qeyd edib ki, su qıtlığı Krımdan əlavə Kalmıkiya, Stavropol, Omsk vilayəti, eləcə də Aşağı Don bölgələrində yaşana bilər. Eyni zamanda, digər bölgələrlə müqayisədə ən pis vəziyyət Krımda müşahidə olunur.
“Bizim ərazilərimizdə su çatışmazlığı yaşayan bölgələr var, məsələn, Kalmıkiya, Stavropol, Aşağı Don. Omskda su qurğuları və naviqasiya ilə təmin etmək üçün heç bir şəkildə hidroelektrik kompleksi tikməyəcəyik. Bunlar su idarəçiliyi balansının gərgin olduğu bölgələrdir” – deyə o qeyd edib.
Bu problemdən qaçmaq üçün ekspert hesab edir ki, yuxarıda göstərilən regionlarda sənaye və nəqliyyatın inkişafı ilə yeni enerji və su mənbələri axtarmaq lazımdır – əks halda insanlar susuz qalacaq.
Havar Şəfiyeva






