Bu şəhərə sükut çökər
şəhər yatar,
mən yatmaram…
Yalnızlıqdan
ürəyimə qəm səpilər-
tək qalaram
bu şəhəri yuxusundan oyatmaram.
Bilirəm ki,
nə bu gecə,
nə bu şəhər
yalnızlığa çarə tapmaz…
Gözlər donuq,
hər yan sükut –
ürək yatmaz…
Bu şəhərdə heç bir kəsin
halına da ağlamazlar..
Yalnızlıq bürüyər ətrafı,
bir kimsəni
tənhalıqdan almaq üçün
əl atmazlar –
ağlama, tənhalıq..!
Bu şəhərdə göz yaşı silinmir;
dərd üstünə dərd gəlir,
dərdli dərdini bilmir…
Çox üzdü bu şəhər
səni də,
məni də,
onu da…
Çətin bu şəhər
bu üzüntünü unuda…
Tural BALABƏYLİ




