"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bu şəhərlərimiz məhv ola bilər – hər il 12 sm çökür…

31 Dekabr 2022 - 09:44
in XƏBƏR LENTİ

Bir neçə aydır Qərbi Azərbaycan əyalətinin Urmiya (Urmu), Xoy və Salmas düzündə sürüşmə və torpaq çökməsi hallarının çoxalması ekoloqların narahatlığına səbəb olub. Onlar bunu əyalətdə özəlliklə son illərdə ardıcıl quraqlıq, iqlim dəyişikliyi, Urmiya gölünün quruması və yeraltı su qaynaqlarından qeyri-standart istifadə ilə əlaqələndirirlər.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Xoy və Çaypara şəhərlərinin İran parlamentindəki nümayəndəsi Adil Nəcəfzadə Xoy düzündə hər il ortalama 12 santimetr torpaq çökməsinin qeydə alındığını deyib və bunun yaxın gələcəkdə təhlükəli ekoloji problemə çevriləcəyi barədə xəbərdarlıq edib.

“Düzdə baş verən çökmənin bir hissəsi Xoy şəhərinin yerləşdiyi ərazini əhatə edir. Bundan artıq çökmə baş verərsə, yeraltı boşluqların aktivləşməsi nəticəsində şəhər ciddi böhran və dağıntılarla üz-üzə qala, yaşayış yerləri məhv ola bilər”, – Nəcəfzadə bildirib.

Bundan bir müddət öncə İranın şimal-qərb bölgəsinin Geologiya və Mineral Kəşfiyyat Təşkilatının başçısı Əbdülhəmid Sərtipi yeraltı suların tükənməsi nəticəsində Xoy, Salmas və Urmiya çöllərində torpaq çökməsinin təhlükəli səviyyəyə çatması barədə danışmışdı.

“Geoloji tədqiqatlar sahəsində “yerin gizli ölümü” adlandırılan torpaq çökməsi Qərbi Azərbaycan əyalətinin 3 düzənliyinin şəhər və şəhərətrafı infrastrukturunu və yollarını təhlükə altına salıb”, – deyə Sərtipi adı çəkilən bölgələrdə torpaq çökməsinin böhran səviyyəsinə çatdığı barədə xəbərdarlıq edib.

Bir müddət öncə isə İranın Yollar və Şəhərsalma Nazirliyinin Tədqiqat Mərkəzinin seysmik mühəndislik və risk şöbəsinin rəhbəri Əli Beytullahi Urmu gölünün sahilyanı ərazisində torpaq çökməsi və sürüşmənin baş verdiyi barədə məlumat yayıb.

Ekoloqların bir çoxu Qərbi Azərbaycan əyalətinin bir neçə bölgəsində baş verən təbii fəlakətin əsas amilinin Urmiya gölünün quruması və gölün bərpa işlərinin gecikdirilməsi ilə bağlı olduğunu bildirirlər.

Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkiyan Urmiya gölünün siyasi oyunlar və hakimiyyətdaxili qarşıdurmaların qurbanı olduğunu, bərpa işlərini iflic etdiyini deyir.

“Quraqlıq, su qıtlğı, yanlış idarəetmə ilə yanaşı siyasi qarşıdurma və qrup mənafeləri Urmiya gölünün bərpası üçün bacarıqlı kadrların arxa planda qalmasına səbəb olub” – o bildirib.

Millət vəkili Urmiya gölünün qurumasının ətraf əyalət və bölgələrlə yanaşı, daha çox şərq bölgələrinə də mənfi təsir göstərəcəyini söyləyib. Onun sözlərinə görə, Təbrizdən başlayaraq Tehranın yaxınlığına qədər 14 milyon insan duz fırtınalarının mənfi təsirləri ilə qarşılaşacaq.

İranın ekologiya nazirinin keçmiş müavini və Urmiya Gölünün Bərpa Qərargahının planlaşdırma bölməsinin keçmiş başçısı Məsud Təcrişi İbrahim Rəisi hökuməti dövründə Urmiya gölünün bərpası layihələrinin bir faizinin belə icra edilmədiyini deyib.

İran parlamentinin Kənd Təsərrüfatı Komissiyasının üzvü, Soyuqbulaq şəhərinin İran parlamentindəki nümayəndəsi Calal Mahmudzadə isə Urmiya gölünə ayrılan büdcənin İbrahim Rəisinin seçki kampaniyasına xərcləndiyini bildirir.

Ekspertlərin dediyi kimi, Urmiya gölü də İranın başqa ekoloji fəlakət zonaları kimi yanlış idarəçiliyin qurbanıdır.

Qeyd edək ki, rəsmi statistikaya görə, Urmu gölünün 90 faizdən çoxu quruyub və bərpa layihələrinin bu günə qədər gecikdirilməsi yaxın gələcəkdə gölün tamamilə məhvinə səbəb olacaq.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Fransanın BMT Təhlükəsizlik Şurası rüsvayçılığı

Next Post

Mehriban Əliyeva Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paylaşım edib – FOTO

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post
Mehriban Əliyeva Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paylaşım edib – FOTO

Mehriban Əliyeva Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paylaşım edib - FOTO

Zelenski Ukrayna Ordusunun bəzi ərazilərdə irəlilədiyini açıqlayıb

Zelenski Ukrayna Ordusunun bəzi ərazilərdə irəlilədiyini açıqlayıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.