ABŞ-ın beynəlxalq aləmdə mövcud sanksiya siyasəti ABŞ-ı məhv edəcək. Elchi.az xəbər verir ki, bunu “Foreign Policy”nin köşə yazarı Kristofer Sabatini deyib.
Ekspertin fikrincə, Amerika məhdudiyyətləri çox vaxt əks nəticəyə gətirib çıxarır və ya heç işləmir və sanksiyaların tətbiq olunduğu ölkələrin yaxınlaşmasına töhfə verir.
Jurnalist qoyulan məhdudiyyətlərə nəzarət mexanizminin tətbiqinə çağırıb, onun məqsədləri ABŞ siyasətçiləri tərəfindən aydın və dürüst şəkildə izah edilməlidir.
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib ki, Rusiya hakimiyyətinin Amerika rəsmilərinə qarşı tətbiq etdiyi sanksiyalar, lazım gələrsə, Vaşinqton və Moskva arasında təmaslara maneə olmayacaq.
Havar Şəfiyeva





