Fransanın keçmiş prezidenti Fransua Olland “Financial Times” qəzetinə müsahibəsində Ukraynadakı hərbi əməliyyatların nəticəsinin gələn il ABŞ-da keçiriləcək prezident seçkilərinin nəticələrindən asılı olacağı fikrini bildirib.
Elchi.az bu barədə News.am-a istinadən xəbər verir.
Olland hesab edir ki, Avropa da NATO-ya bağlanmalı olan təhlükəsizlik üçün özünə güvənməli olacağı günə hazırlaşmalıdır. Bu o demək deyil ki, Avropa ölkələri ABŞ-ın hədəflərini bölüşmürlər: “Avropalı müttəfiqlərə ən azı sülh baxımından ABŞ-la eyni maraqlara malik olmadığımızı söyləsək, müttəfiqlərimiz bizi izləyə bilməyəcək”.
Pentaqonun hesablamalarına görə, ötən ilin fevralından ABŞ Ukraynaya 39,7 milyard dollardan çox hərbi yardım edib. Bir müddət əvvəl ABŞ-ın keçmiş dövlət katibi Hilari Klinton bildirmişdi ki, Trampın gələn il keçiriləcək seçkilərdə qələbəsi ölkədə demokratiyanın sonu, Ukraynanın sonu demək olacaq.
Yeganə




