"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“BU tələblər gənclərin elmə gəlməsinə ciddi şəkildə maneədir”-Ekspert

19 Aprel 2023 - 16:52
in CƏMİYYƏT, GÜNDƏM, SOSİAL, TƏHSİL

Doktoranturaya qəbul qaydasında dəyişiklik edilib. Belə ki, “Cambridge English Qualifications” beynəlxalq dil sertifikatına malik olanlar doktoranturaya qəbul zamanı xarici dil üzrə imtahandan azad olunacaqlar. Bununla bağlı Nazirlər Kabineti “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edib.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Sabah Bakıya yağış yağacaq

Qeyd edək ki, doktoranturaya qəbul olmaq istəyənlər rus dili istisna olmaqla, xarici dildən (seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır), fəlsəfədən və ixtisas fənnindən imtahan verirlər. Xarici dildən imtahanda iştirak etməyənlər fəlsəfə üzrə imtahana, fəlsəfə üzrə imtahanda iştirak etməyənlər isə ixtisas fənnindən imtahana buraxılmırlar. Xarici dil üzrə imtahan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilir. Xarici dil üzrə imtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı AMEA və Naziriklə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir. Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılırlar.

Tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov mövcud dəyişiklik barədə fikirlərini Elchi.az-la bölüşüb.

Onun sözlərinə görə, universitet, institut və bəzi elmi mərkəzlər doktoranturaya və dissertanturaya qəbul həyata keçirirlər:

“Bu pillədə təhsil almaq hüququna ali təhsilli (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim- mütəxəssis), müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan ali təhsil müəssisələrinin, elmi və digər təşkilatların elmi və elmi-pedaqoji kadrları malikdirlər.

Bu proses 3 mərhələdən ibarətdir:

1.Sənəd qəbulu
2. İmtahanlar

A) doktoranturaya qəbul üçün:
-İxtisas fənnindən
-Fəlsəfə
-Xarici dil

B) dissertanturaya qəbul üçün (Dissertant kimi təhkim olunmaq istəyən şəxslər, bir qayda olaraq, elmi və elmi-pedaqoji iş stajına malik olmalıdırlar):
-Xarici dil

Amma xarici dil ilə bağlı tələblər çox sərtdir. Belə ki, dünya reytinqli universitetlərdə belə tələblər yoxdur.

Əlbətdə ki, elmi-tədqiqat işləri aparacaq şəxslər xarici dili bilməlidir. Amma nəzərə alsaq ki, onlar bakalavr və magisrtatura pilləsinə bu qədər yüksək səviyyədə xarici dil öyrənməyiblər.
Əvvəlki illərin nəticələrini təhlil edəndə vəziyyətin nə qədər çətin olduğunu görə bilirik.
Belə ki, xarici dil imtahanı ərəfəsində öz bilik səviyyələrini yoxlamalarına imkan yaratmaq məqsədilə cari ildə doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında namizədlər test tapşırıqlarını cavablandırmaqla yanaşı, təqdim edilmiş sərbəst mövzular əsasında esse də yazmışlar. İmtahanda iştirak edən 307 namizəddən 139 nəfəri (45,3% i) yazı blokuna qoyulan 20% minimal bal tələbini ödəyərək 2 və daha yuxarı bal əldə etmişdir. Təəssüf ki, sınaq imtahanı iştirak çılarından 171 nəfəri (55,16% i) yazı bloku üzrə minimal tələbi ödəyə bilməmiş və ya esseni ümumiyyətlə yazmamışdır. Sınaq imtahanı verən namizədlərdən cəmi 1 nəfəri maksimal bal (10 bal) toplamış, 3 nəfəri 9.5 bal, 1 nəfəri isə 9 bal nəticə əldə etmişdir. Ümumilikdə 67 nəfər (21,61%) yazı bloku üzrə 50% və ya daha yuxarı nəticə əldə edə bilmişdir. Bir çox namizədlər esseni tələb olunan 200-250 sözdən az həcmdə yazmış, bəziləri mövzudan kənara çıxmış, bəziləri isə aydın və anlaşıqlı olmayan xətlə yazmışlar. Nəticədə onlar yazı bloku üzrə tələbi ödəyə bilməmişlər”.

Ekspert qeyd edib ki, xarici dillər üzrə doktoranturaya və dissertanturaya qəbul imtahanının strukturu, məzmunu, bloklar üzrə və ümumi nəticəyə qoyulan tələblər gənclərin elmə gəlməsinə ciddi şəkildə maneədir:

“Hesab edirəm ki, mövcud imtahan modeli namizədlər arasında seçim aparmağa və normal müsabiqə mühiti yaratmağa imkan vermir. İngilis dili üzrə cavabların statistik təhlili də göstərir ki, bu il test tapşırıqlarının çətinliyi ali təhsilin bakalavr və magistratura pilləsindəki tədris materiallarına tam uyğun olmayıb. Belə ki, imtahanlarda istifadə edilən asan, orta və çətin test tapşırıqlarının sayı imtahanın nəzərdə tutulan spesifikasiyasına uyğun deyil. Bütün bunlar elmə gələn gənclərin yolunda ciddi maneədir.
Hazırda elmdə gənclərimizin sayı çox azdır və xarici dil imtahanları da bu problemi daha da genişləndirir”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Astana: “Rusiya Qazaxıstana Belarusdan daha ucuz qaz satmağa hazırdır”

Next Post

Aİ-nin Sudandakı humanitar missiyasının rəhbəri yaralanıb

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Next Post
Aİ-nin Sudandakı humanitar missiyasının rəhbəri yaralanıb

Aİ-nin Sudandakı humanitar missiyasının rəhbəri yaralanıb

Azərbaycan və İsrail arasında 4 sənəd imzalanıb

Azərbaycan və İsrail arasında 4 sənəd imzalanıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.