Türkiyə Rusiyanın Su-24 təyyarəsini ABŞ administrasiyası və NATO-nun təhriki ilə vurub.
Avropa.info xəbər verir ki, bu açıqlama Rusiya kommunistlərinin lideri Gennadi Züqanov çıxış edib.
“Mən qəti şəkildə əminəm ki, bu təxribatın arxasında Amerika dayanır. Hər şey onun marağına bağlıdır. Bu təxribat Türkiyəyə sərfəli deyil. Neft və qan hesabına varlananlar istisna. Bu Avropaya da sərfəli deyil. Orada hər kəs qarışıqlıq içindədir, heç kəs bu insidenti dəstəkləmir. Hər kəs bu mövzudan uzaq durmağa çalışır” – deyə Züqanov bildirib.
Bununla yanaşı KPRF lideri qeyd edib ki, Rusiya Türkiyəyə qarşı reaksiyasında çox ehtiyatlı olmalıdır. Belə ki, Rusiya Türkiyə ilə aktiv şəkildə əməkdaşlıq edir. Türkiyə ilə münasibətləri pisləşməsi Rusiya üçün mənfi nəticələr gətirib çıxaracaq.
“Qızışmaq lazım deyil, hər şeyi ölçüb-biçmək lazımdır. Biz əlbəttə ki, reaksiya verəcəyik. Türkiyədə bu cür təxribata qarşı olan siyasətçilər var. Onlarla bütün səviyyələrdə danışıqlar aparıb, baş salmaq lazımdır ki, belə vəziyyət heç kəsə lazım deyil”
Xatırladaq ki, Rusiyaya məxsus Su-24 bombardmançısı Suriyada qəzaya uğramışdı. Putin açıqlamasında bildirmişdi ki, rus təyyarəsi türk F-16-sı tərəfindən “hava-hava” tipli raketlə vurulub.




