"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Bu tipli söhbətlər çarəsizlikdən doğan qeybəti xatırladır”Siyasət

25 Avqust 2020 - 11:34
in MANŞET

Qüdrət Həsənquliyev: “Feodal təfəkkürlü məmur-rəhbərlərin vəzifədə qaldığı hər gün on minlərlə vətəndaşın iztirabı deməkdir”

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Klan – keçmiş sovet respublikalarında eyni bölgədən olan insanların iqtisadi və siyasi müstəvidə bir-birini müdafiə etmək məqsədilə yaratdıqları cinayətkar birlik kimi qəbul olunur. Klanlar sadə insanların hüquqlarını müdafiə məqsədilə yaradılmır. Əksinə sadə insanların həyatını yaxşılaşdıracaq inkişafa maneə olurlar. Regionlarda elə qaniçən, feodal təfəkkürlü məmur-rəhbərlər var ki, onların vəzifədə qaldığı hər gün on minlərlə vətəndaşın iztirabı deməkdir.

Bu sözləri “Xalq cəbhəsi”nə açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

BAXCP sədri qeyd edib ki, əgər İlham Əliyev hansısa klana müharibə elan edibsə bunu alqışlamaq və Prezidenti elliklə müdafiə etmək lazımdır, xüsusilə də bunu həmin bölgənin insanları etməlidir: “İkincisi, dünənə qədər deyirdilər ki, Prezident qarabağlılara (əslində hansısa klan nəzərdə tutulurdu) soyuq münasibətinə görə onlar arasında nüfuzunu itirib. Prezident hər bir azərbaycanlının Prezidenti olmağa çalışır və başlatdığı islahatlara görə güc strukturlarından, xalqdan və beynəlxalq birlikdən ciddi dəstəyi var. Açıq formada ona qarşı çıxmağa iqtidar daxilindən kimsənin cəsarət edəcəyini düşünmürəm. Xalqımız da bilməlidir ki, mövqelərini itirəndən sonra regionçuluq mərəzinə yoluxan hansı keçmiş məmurun qapıları vəzifədə olarkən sadə insanların üzünə açıq olubmu? Sadəcə dünən xalqın passivliyindən, heç nəyə reaksiya verməməsindən danışanlar utanmadan bir gün sonra sentyabrda hansısa böyük hadisələrin baş verəcəyindən, klanlar arası savaşdan danışırlar. Bu tipli söhbətlər çarəsizlikdən doğan qeybəti xatırladır”. Qüdrət Həsənquliyev qeyd edib ki, İlham Əliyevin Ramiz Mehdiyevi alçaltması barədə deyilənlər də boşboğazlıqdan başqa bir şey deyil. Dünənə qədər qanunların hamıya şamil olunmadığını deyənlər nədənsə qanunun aliliyinin təmin olunmasından narahat olublar. 2019-cu ildə ölkədə 70 minə yaxın ailə qurulub. Bu il isə gənclərimiz pandemiya səbəbindən tətbiq olunan karantin rejiminə görə toy edə bilmir. Onlar ailələri ilə birlikdə toylara icazə veriləcəyi günü gözləyirlər. On minlərlə sadə vətəndaşımız isə karantin rejimini pozduğu üçün inzibati məsuliyyətə cəlb olunub. İndi hökumət xalqa necə izah etsin ki, vəzifəli şəxslər toy edə, karantin rejimini poza bilər, digərləri yox. İlham Əliyev heç kimi alçaltmayıb, əksinə, onun və iqtidarın nüfuzuna zərbə vurmağa, karantin rejimini təmin edən Daxili İşlər Nazirliyinin hörmətdən salınmasına cəhd olunub. İlham Əliyev isə iqtidarın nüfuzunu qorumaq, sosial ədaləti bərpa etmək və qanunun aliliyini təmin etmək üçün qətiyyətli addım atıb. Prezidentin bu addımına görə ona hücum edənlər əslində təsdiq edirlər ki, onlar məslək sahibi deyillər. Sadəcə hakimiyyət uğrunda bütün vasitələrlə mübarizə aparırlar, yaxud belə mübarizə aparanların əlində alətdirlər” – deyə BAXCP sədri bildirib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ombudsman bu halda istefaya göndərilə bilər

Next Post

YAP-da növbədənkənar qurultayla bağlı müzakirə gedir

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
YAP-da növbədənkənar qurultayla bağlı müzakirə gedir

YAP-da növbədənkənar qurultayla bağlı müzakirə gedir

Ermənilər Tovuzun Ağdam kəndini atəşə tutdu — FOTOLAR

Ermənilər Tovuzun Ağdam kəndini atəşə tutdu — FOTOLAR

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.