Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Bu barədə Elchi.az-a Mərkəzdən bildirilib.
– Hazırda bu yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:
– Heydər Əliyev prospekti əsas yol – Mərkəz istiqamətində;
– Ziya Bünyadov prospekti – Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 Yanvar m/st istiqamətində;
– Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;
– Bakı-Sumqayıt şosesi – “20 Yanvar” metrostansiya istiqamətində;
– Tiflis prospekti – “20 Yanvar” metrostansiyadan mərkəz istiqamətində;
– Xətai prospekti – Heydər Əliyev prospekti istiqamətində;
– Mikayıl Əliyev küçəsi – Neft Emalı Zavodunun yanından “Koroğlu” metrostansiyası istiqamətində (dairəyə qədər);
– 28 May küçəsi – Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
– Rəşid Behbudov küçəsi – Mərkəzi Bank istiqamətində;
– Dilarə Əliyeva küçəsi – Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
– Neftçilər prospekti – Azneft dairəsi istiqamətində;
– Niyazi küçəsi – Azneft dairəsi istiqamətində;
– Babək prospekti – Mərkəz istiqamətində;
– Qara Qarayev prospekti – “Qara Qarayev” metrostansiyasından “Koroğlu” metrostansiyası istiqamətində;
– Mikayl Müşfiq küçəsi – Badamdar dairəsindən 20 saylı məktəb istiqamətində;
– Qələbə dairəsi – Mətbuat prospekti istiqamətində;
– 20 Yanvar dairəsində;
– Ağa Neymətulla küçəsi – “Nəriman Nərimanov” metrostansiyası istiqamətində;
– Sabunçu-Zabrat şosesi – “Koroğlu” metrostansiyası istiqamətində.






