"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Büdcə-2016: Rusiya nefti 50 dollardan götürdü, Azərbaycan isə…

04 Sentyabr 2015 - 16:05
in XƏBƏR LENTİ

Büdcə-2016: Rusiya nefti 50 dollardan götürdü, Azərbaycan isə...

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti baş nazir Artur Rasizadənin rəhbərliyi ilə 2016-cı il üçün dövlət büdcəsinin qapalı müzakirələrini aparıb.
Müzakirələrdə maliyyə naziri Samir Şərifov və iqtisadi inkişaf naziri Şahin Mustafayev çıxış ediblər. Sonda gələn il üçün büdcə layihəsinə dair sənədlər paketi təsdiqlənmək üçün prezident İlham Əliyevə göndərilib.
Bu il büdcə müzakirələrinin nisbətən tez başlaması onunla əlaqəlidir ki, noyabrın 1-də parlamentə seçkilər keçiriləcək və Milli Məclisin indiki tərkibinin mandatı bitəcək. Seçkilərin nəticələrinin təsdiqlənməsi və Milli Məclisin yeni tərkibinin işə başlaması üçün müəyyən vaxt lazım olduğundan hökumət gələn il üçün büdcə layihəsini parlamentin indiki tərkibi ilə təsdiqləməyə hazırlaşır.
2016-cı il büdcəsinin detallarına dair hələlik heç bir informasiya yoxdur. Əsas intriqa isə gələn ilin büdcəsində neftin qiymətinin nə qədər götürüldüyü ətrafındadır. Çünki büdcənin gəlirlərinin əsas hissəsi neftin hesabınadır.
Dövlət xəzinəsinin gəlirləri büdcədə neftin qiymətinin hansı səviyyədə götürülməsindən çox asılıdır. Hazırda dünya bazarında neftin qiymətinin gah kəskin aşağı düşdüyü, gah qəfil sıçrayışla artdığı və yenidən azalmağa başladığı bir vaxtda büdcədə hansı optimal qiyməti götürmək hökumət üçün ən çətin vəzifə hesab oluna bilər.
Məlum olduğu kimi, 2015-ci il büdcəsində neftin qiyməti 90 dollardan götürülüb. Baxmayaraq ki, hökumət büdcə layihəsini hazırlayanda neftin qiyməti 80 dollardan da aşağı idi. Bununla belə hökumət neftin qiymətinə dair optimist proqnozları əsas götürərək büdcə gəlirlərini bir barrel üçün 90 dollardan hesabladı. Və il ərzində neftin qiyməti aşağı düşməkdə davam etdi və hazırda 50 dollar səviyyəsindədir.
Nəticədə 2015-ci il büdcəsində kəsirlər artıb və bu kəsirin yerini doldurmaq üçün Neft Fondundan büdcəyə əlavə  transferlər edilib. Başqa sözlə, neftin qiymətinin 90 dollardan götürülməsi Neft Fondunun ehtiyatlarının daha sürətlə “əriməsinə” səbəb olub.
Bəs 2016-cı il büdcəsində hökumət neftin qiymətinə dair hansı rəqəmi götürüb?
Axı neftin qiymətinin yaxın perspektivdə kəskin artması gözlənilmir. Gələn il üçün əksər proqnozlar pessimistdir və qiymətin 40-50 dollar səviyyəsində qalacağı təxmin edilir. Bu baxımdan hökumətin neftin qiymətini hazırkı bazar qiymətlərindən yüksək götürməsi olduqca riski addım olardı.
Rusiya hökuməti də 2015-ci il büdcəsində neftin qiymətini bazar qiymətləri ilə müqayisədə həddən artıq yüksək – 96 dollar götürmüşdü. Ancaq indi Rusiyada neft bazarlarında  baş verənlərdən dərs götürüblər.
Virtualaz.org saytı xəbər verir ki, prezident Vladimir Putinin iqtisadi məsələlər üzrə köməkçisi Andrey Belousov 2016-cı il büdcəsində neftin qiymətinin 50 dollardan götürüləcəyini bildirib.
Onun sözlərinə görə, gələn il ərzində neftin qiyməti 40 dollara da enə bilər, ancaq bu, uzunmüddətli olmayacaq.
Ehtimal edilir ki, Azərbaycan hökuməti də gələn ilin büdcəsində neftin qiymətinə dair optimal proqnozlara əsaslanıb. 2016-cı il büdcəsində neftin qiymətinin 50-55 dollar səviyyəsində götürüldüyünü təxmin etmək olar və belə görünür ki, hökumət məhz bu səbəbdən büdcə layihəsinə dair müzakirələri tamamilə qapalı aparıb.
Çünki neftin qiymətinin 50-55 dollar götürülməsi o deməkdir ki, büdcənin gəlirlər və buna uyğun olaraq xərclər hissəsində ciddi azalma olacaq. Bu isə parlament seçkiləri ərəfəsində müxtəlif spekulyasiyalara səbəb ola bilərdi.
Gözlənilir ki, gələn ilin büdcəsində əsasən tikinti xərcləri kəskin ixtisar ediləcək. Çünki büdcədən ən çox xərclər məhz tikintiyə yönəldilirdi və son illərdə bu sahəyə ayrılan vəsait büdcə gəlirlərinin yarıdan çoxunu təşkil edirdi.
Sosial yönümlü xərclərin isə ya indiki səviyyədə qalacağı, ya da cüzi azaldılacağı gözlənilir.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İlham Əliyev qurğunu işə saldı

Next Post

Mərkəzi Bankın valyuta ehtiyatları kəskin azaldı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Mərkəzi Bankın valyuta ehtiyatları kəskin azaldı

Zakir Qaralov Qəbələ şəhərində vətəndaşları qəbul edib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.