"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Büdcə 471 milyon kəsirlə icra edilib – 6 AYDA

14 İyul 2017 - 18:41
in İQTİSADİYYAT

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Cari ilin altı ayında dövlət büdcəsinin mədaxili 7 722,8 mln. manat, xərcləri 8 193,9 mln. manat olub, 471,1 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranıb.
Maliyyə Nazirliyindən Elchi.az-a verilən məlumata görə, bu ilin altı ayında dövlət büdcəsinin mədaxili proqnoza nisbətən 102,3% və yaxud 7 722,8 mln. manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrünə nisbətən 25,9% və ya 1 589,0 mln. manat çoxdur. Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 102,5% icra edilməklə dövlət büdcəsinə 3353,0 mln. manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,1% və ya 162,9 mln. manat çoxdur. Həmin vəsaitin 71,7 faizi və ya 2404,4 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.
2017-ci ilin altı ayında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi proqnoza 111,9 faiz əməl edərək dövlət büdcəsinə 1169,2 mln. manat vəsait təmin etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,5 faiz və yaxud 173,8 mln. manat çoxdur. Azərbaycan Respublikası Dövlət Neft Fondundan büdcəyə nəzərdə tutulan transfertdən 59,0 mln. manat az və ya 2991,0 mln. manat istifadə edilmişdir.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 151,0 mln. manat təşkil etmişdir ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 18,6 faiz və yaxud 23,7 mln. manat çoxdur.
Sair daxilolmalar üzrə büdcəyə 58,6 mln. manat vəsait daxil olmuşdur.
2017-ci ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin mədaxili 4131,1 mln. manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 68,3 faiz və ya 1675,8 mln. manat çoxdur.
2017-ci ilin altı ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 100,2 faiz və yaxud 8193,9 mln. manat icra olunmuşdur ki, bu da 2016-cı ilin eyni dövrünə nisbətən 20,1 faiz və ya 1372,4 mln. manat çoxdur.
İqtisadi təsnifata uyğun olaraq cari ilin altı ayında dövlət büdcəsi xərclərinin 42,7 faizi və yaxud 3499,9 mln. manatı sosialyönlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,3 faiz və yaxud 541,4 mln. manat çoxdur.
Cari ilin altl ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 397,8 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 1180,8 mln. manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşu xərclərindən 41,5 mln. manat vəsait yönəldilmişdir.
2017-ci ilin altı ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilmişdir.
Cari ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin xərcləri 4281,2 mln. manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,0 faiz və ya 83,1 mln. manat çoxdur.
2017-ci ilin altı ayında dövlət büdcəsində 471,1 mln. manat büdcə kəsiri (defisit) yaranmışdır. Dövlət büdcəsinin kəsiri əsasən 2017-ci il 1 yanvar tarixə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı və özəlləşdirmədən daxilolmalar hesabına örtülmüşdür.
Cari ilin altı ayında icmal büdcənin gəlirləri 11606,1 mln. manat, icmal büdcənin xərcləri isə 11507,1 mln. manat icra olunmuşdur. İcmal büdcənin artıqlığı 99,0 mln. manat təşkil etmişdir.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

209 nəfərdə QİÇS aşkarlandı

Next Post

“Təzə Pir” məscidinə hücum edib namazı pozmaq istəyən şəxslər saxlanıldı

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post

"Təzə Pir" məscidinə hücum edib namazı pozmaq istəyən şəxslər saxlanıldı

Prezident yol tikintisinə pul ayırdı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.