2017-ci ilin dövlət büdcəsi layihəsində neftin qiyməti 1 barelə görə 40 dollar səviyyəsində götürülüb.
Bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, 2017-ci ildə Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertin həcmi azalmaqda davam edəcək: “2017-ci ildə 1,5 mlrd. manat azalmadan söhbət gedir”.




