"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Büdcədə sənaye və tikinti xərclərinə 7 milyard vəsait nəzərdə tutulub”

08 Noyabr 2014 - 11:53
in İQTİSADİYYAT

İqtisadçı ekspert: “2015-ci ilin dövlət büdcəsində sosial sahələrə ayrılan xərclərdə artım müşahidə olunur”img1519823

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Noyabrın 5-ddə Milli Məclisdə 2015-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər müzakirə olunub və müxtəlif sahələrə ayrılan vəsaitlərin həcmi müəyyənləşdirilib. “Yeni Müsavat” növbəti ilin dövlət büdcəsini iqtisadçı ekspertlərin iştirakı ilə qiymətləndirib.

İqtisadi və Sosialİnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, 2015-ci ilin dövlət büdcəsini əvvəlki illər ilə müqayisədə sosial yönümlü hesab etmək olar: “2015-ci ilin dövlət büdcəsi layihəsində mütləq ifadədə sosial istiqamətə 5 milyard 826,4 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2014-cü ilə nisbətən 489,2 milyon manat və ya 9,2 faiz, 2013-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 920 milyon manat və ya 18,8 faiz çoxdur. Belə ki, sosial yönlü xərclərə ayrılan vəsaitin 3 milyard 452,4 milyon manatının əmək haqlarına, 1 milyard 845 milyon manatının təqaüdlər və sosial müavinətlərə yönəldilməsi nəzərdə tutulur. Təqaüdlər və sosial müavinətlərə ayrılan xərclər 2014-cü ilin proqnozu ilə müqayisədə cəmi 24,7 milyon manat çoxdur. Əmək haqlarına ayrılan xərclər isə 2014-cü ilin proqnozu ilə müqayisədə 417,7 milyon manat çoxdur.
 Ümumilikdə, ölkədə əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması, o cümlədən pensiya və müavinətlərin, ünvanlı sosial yardımın, məcburi köçkünlərin sosial məsələlərinin və digər sosial tədbirlərin maliyyə təminatı üçün 2015-ci ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 2 milyard 40,5 milyon manat vəsait proqnozlaşdırılıb. 2015-ci ildə sosial müdafiə və sosial təminat xərclərinə ayrılan vəsaitin 1 milyard 100 milyon manatı əmək pensiyalarının maliyyələşdirilməsinə yönəldiləcək. Digər sektorlara ayrılan vəsaitlərin iqtisadiyyata təsiri isə birbaşa həmin xərclərin reallaşma səviyyəsindən asılı olacaq. Sənaye və tikinti xərcləri üzrə 7 milyard manata yaxın vəsait nəzərdə tutulub”.
İqtisadçı ekspertin fikrincə, əgər dünya bazarında neftin qiyməti büdcədə nəzərdə tutulan qimyətdən aşağı olsa, o zaman Maliyyə Nazirliyi büdcə xərclərində azaltmalar edə bilər: “Əgər neftin qiymət proqnozlaşdırılandan az olarsa o zaman Maliyyə Nazirliyinin bu xərclərə sekvest tətbiq edərək azalması istisna edilmir. Təbii ki, “Büdcə Sistemi haqqında Qanun” heç bir halda müdafiə olunan, sosial xərclərin azaldılmasına imkan vermir. Bu isə o deməkdir ki, heç bir halda əmək haqqı və pensiya məbləğlərində azalma olmayacaq. Neftin dünya bazar qiymət gələn il dövlət büdcəsindəki qiymətə yaxın olarsa o zaman maliyyələşmədə ciddi problemlər olmayacaq. Əks halda hökumət “ad-hoc” metodlardan istifadə edərək büdcə gəliləri ilə xərclərini balanslaşdırmağa çalışacaq”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Qurban olmasın, lap elə Ağasəlim Mircavadov olsun”

Next Post

Sergey Lavrov inkar edir…

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post

Sergey Lavrov inkar edir...

Neft bahalaşdı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.