Bu ilin yanvar ayında dövlət büdcəsinin gəlirləri 1349,6 milyon manat, xərcləri 516,4 milyon manat olub.
Publika.az xəbər verir ki, büdcənin icrasında 833,2 milyon manatlıq və ya ümumi daxili məhsulun 20,8 faizi qədər profisit yaranıb. Daxilolmaların 26,8 faizi əlavə dəyər vergisi, 10,7 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 12,8 faizi fiziki şəxslərin gəlir vergisi, 2,9 faizi aksizlər, 7,4 faizi digər vergilər, 39,4 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.
Büdcə vəsaitlərinin 2,7 faizi iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 39,5 faizi sosial müdafiə və sosial təminat, 5,3 faizi təhsil, 1,5 faizi səhiyyə sahələrinin, 51,0 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.




