Türkiyə Baş nazirinin köməkçisi Bülent Arınç “Məsələ Kobani deyil, məsələ Kobani bəhanəsiylə çox arzuladıqları qiyamı reallaşdırmaqdır” deyə PKK-nı hədəf alıb. Elchi.az Terk mətbuatına istinadən bildirir ki, Arınç daha sonra “Buna illərcə müvəffəq ola bilmədilər, bundan sonra da ola bilməyəcəklər. Dünyanı başlarına yıxarıq” deyib.
Arınç, “Kobanidə silahsız insan, sadə vətəndaş qalmadı, hamısı Türkiyədədir. Orada minə yaxın döyüşənin olduğu deyilir. PYD-nin silahlılardan da qaçıb Türkiyəyə sığınmaq istəyənlərin olduğunu da bilsinlər. Orada ciddi bir dirəniş göstərə bilməyiblər. Gözlədikləri yerlərdən dəstək də gəlmədi. Şamdakı birinin söylədiyini təkrar mən söyləyim, ‘biz dağda döyüşə bilərik, Kobanidə döyüşəcək vəziyyətdə deyilik’.
Arınç daha sonra dağda döyüşmək asandır – polisə, müəllimə, hakimə qarşı… Adam qaçırmaq da asandır, amma Kobanidə döyüşmək yox. Onlar Kobanidə döyüşmürlər, döyüşə bilmədilər, heç bir şeyə də ehtiyacları yoxdur. Daha başqa şeylər də söyləyərik və onlar xəcalət çəkərlər, amma iş bu qədərlə qalsın” deyə bildirib.
Elchi.az



