"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Azərbaycan Milli Dilini Müdafiə” komitəsinin rəhbəri haqqında bilmədiklərimiz…

18 Dekabr 2014 - 23:19
in CƏMİYYƏT



Hər dəfə mənən təmiz, dəyərli insanlarla təmasda olanda həmən gün rahatlanıram. Sevinirəm ki, dünya xali deyilmiş, saf, pak əqidə sahibləri nə yaxşı ki, varmış, 10850898_792170844182557_515748303_nyoxsa dünya öz məhvərindən çıxardı…
Doğrusu, halallıq, haqq-ədalət mənim həyat qayəm olub, xalqla nəfəs almışam. Harada haqsızlıq görəndə özümə yer tapa bilməmişəm bu gen dünyada. Xalqın dərdini publisist yazılarda verməsəm də, onları hissə-hissə yazılarda paylaşdırmışam, sözümü sahibinə çatdırmışam. Fikirləşmişəm ki:
Xalqın bir dərdi yüz olduğundan,
Tarixi təzədən yazılmalıdır.
Qələm nida kimi düz olduğundan,
Onun da yazdığı düz olmalıdır!

Tanıdığım belə insanların içərisində Allahverdi Hüseynəli oğlu Qurbanovun öz yeri, öz çəkisi var. Onun həyata baxışı, hadisələrə münasibəti tamam fərqlidir, özü də zərgər dəqiqliyi ilə seçilir. Onunla hər görüş xüsusi çəkiyə malik olurdu. Həm sevinirdim Allahverdi Qurbanovla hər görüş zamanı, həm də təəssüflənirdim. Sevinirdim ona görə ki, halal adamla, xalqını sevən bir insanla təmasdayam. Təəssüflənirdim ona görə ki, belə bir saf əqidə sahibinə SSRİ adlanan məkanda azad, sərbəst yaşamağa imkan verməyəcəklər. Çünki belələrinin mövcudluğu işğalçı bir ölkənin marağına daban-dabana ziddir. Bu sətirləri yazarkən dahi şairimiz Sücaət Əhmədovun bir bənd şeirini xatırlamamaq mümkün deyil:

Dünya belə gəlib, belə gedibdi,
Kim ki, qanan çıxıb zilə gedibdi.
O başlı-bütünlü elə gedibdi,
Hələ də bilinmir yeri deyillər.

…Nə yaxşı ki, Allahverdi Qurbanovu bir il müddətinə azadlıqdan məhrum etdilər.
Nə idi gənc Allahverdini narahat edən? Çox məsələ… Dəfələrlə müxtəlif qəzet səhifələrində bu məsələlər haqqında yazılıb. SSRİ-nin təbliğat maşını onun tərkibində olan türkdilli xalqların dilini əlindən almaq idi. Ruslaşdırma siyasəti əslində bizi öz ana dilindən ayırmaq, milli-mənəvi dəyərləri məhv etmək, bir sözlə, rus ideologiyasını bizlərə həzm etdirmək idi. Təbii ki, dilini, dinini, xalqını, vətənini sevən hər bir kəs haqq səsini qaldırmağa borclu idi. Amma çox təəssüf ki, başda oturanlar istər-istəməz “böyük qardaşın” dediklərini sözsüz qəbul etməli idi. Əks təqdirdə sibir onları gözləyirdi. Deməli, o dövrdə haqq sözü demək, ədalətin zəfər çalmasına nail olmaq, bilə-bilə özünü dəmir barmaqlıqlar arasına, yaxud güllə qarşısına atmaq demək idi. Bu isə ər kişinin işidir! Bax, Allahverdi də o zaman barmaqla sayılan ər kişilərdən biri idi. Bir diqqət yetir əziz oxucu: 1965-ci ilin may ayının 16-da gizli və çox çətin şəraitdə keçirilən toplantıda “Azərbaycan Milli Dilini Müdafiə” komitəsi yaradıldı. Komitənin rəhbəri Allahverdi Hüseynəli oğlu Qurbanov, müavinləri Paşa Əbdülrəhimov  və Şamil Quliyev seçildilər. Bunun özü Allahverdi Qurbanovun nələrə qadir olduğunu sübut edən bir amil deyilmi? İyirmi dörd yaşlı bir gəncin respublikanın gənclərinin ayağa qaldırılmasına xidmət edən əməli işi hər birimizdə qürur hissi oyatmırmı? Biz danışsaq da, danışmasaq da, bu  bir tarixdir, özü də vətənimizin şanlı tarixidir! Bunu necə danmaq olar!
Pak əqidə, saf düşüncə tərzi ilə 1968-ci ildən S.Vurğun adına kolxoz təsərrüfatında çalışan Allahverdi Qurbanov həmişə vicdanının səsinə qulaq asmış, düzün əyrinin kölgəsində itib-batmasına imkan verməmişdi. Onun düz, ədalətli olması təbii ki, çoxlarının xoşuna gəlmirdi o vaxtlar… Çünki kolxoz elə bir mülkdir ki, gərək onu dağıtmağa, nəsə “çırpışdırmağa” meyilli olasan. Yoxsa səni…
Sevindirici haldır ki, Allahverdi Qurbanov halallıqla yaşadığı kimi övladlarını da bu yola sövq edib. On bir övlad sahibi olan Allahverdi kişi qızlarını  köçürüb. Böyük oğlu Məhərrəm Qurbanov Biləsuvar rayon İcra Hakimiyyətində məsul işçidir. Digər oğlanları- Sefulla Qurbanov 1993-1994-cü illərdə Qarabağ torpaqları uğrunda gedən müharibə zamanı könüllü olaraq hərbi xidmətə yollanmış, Ağdam və daha sonra Füzuli rayonunda Horadiz uğrunda gedən ölüm-dirim döyüşlərində düşmənlə üz-üzə vuruşaraq sol gözünün altından ötüb çiynini dəlib keçən çox ağır bir yara almışdır. II qrup Qarabağ əlilidir. Ailənin üçüncü oğlu Qurban Qurbanov 13 il hərbi xidmətdə olub, Kəlbəcərdə gedən ağır döyüşlərin iştirakçısı olub, döyüşlərdə aldığı qəlpə yaralarını indi də bədənində daşıyır. Sonrakı illərdə fəaliyyətini rayon Hərbi Komissarlığında davam etdirməyə başlayıb. Qarabağ müharibəsi veteranıdır.
Maraqlıdır, Vətənə xidməti sanki qarşılarına həyat amalı qoyan qardaşlardan 4-cüsü olan Tetan Qurbanov da, 2001-ci ildə cəbhə bölgəsində həqiqi hərbi xidmətini başa vurduqdan sonra öz arzu, istəyi ilə gizirlik məktəbini oxumuş, hal-hazırda ordumuzun “N” saylı hərbi hissəsində gizir kimi xidmətini uğurla davam etdirir. Kiçik qardaşları Turan isə bu gün ömrünün yetmiş dördüncü baharını yaşayan atası Allahverdi Qurbanovla birgə yaşayır.
Diqqət çəkən məqam budur ki, Allahverdi Qurbanovun övladları cəmiyyət arasında öz layiqli yerini tutublar, atanın qazandığı hörməti, nüfuzu daha yüksəklərə qaldırmağa çalışıblar. Cəmiyyətə yararlı bir övlad yetişdirmək ata xoşbəxtliyi deyilmi?..

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Böyükbəy HƏBİBLİ,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Region-Press” qəzetinin əməkdaşı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Dekabrın 22-dək son üç əsrin ən güclü maqnit qasırğası gözlənilir

Next Post

Nazir Yevlaxda 5 rayon və şəhərin sakinləri ilə görüşüb

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Nazir Yevlaxda 5 rayon və şəhərin sakinləri ilə görüşüb

Çörçilin əsəri

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.