Onilliyin sonuna qədər bəzi Avropa ölkələri üçün su haqları orta hesabla 35 faiz artacaq. “WaterUK” sənaye orqanı yazır ki, kommunal ödənişlərin proqnozlaşdırılan artımının səbəbi Böyük Britaniya tədarükçülərinin öz şəbəkələrinin genişləndirilməsi və təmirinə investisiyaları artırmağı planlaşdırmasıdır.
Elchi.az bu barədə Lent.ru-ya istinadən xəbər verir.
2030-cu ilə qədər təmir işlərinə 96 milyard funt sterlinq xərclənməsi planlaşdırılır. Onilliyin sonuna qədər sızmaların sayının dörddə bir azaldılması planlaşdırılır. Qeyd edək ki, bundan əlavə, 1991-ci ildən bəri ilk dəfə olaraq Böyük Britaniyada on yeni su anbarı tikiləcək.
“WaterUK” əlavə edib ki, 2029/2030 maliyyə ilində Böyük Britaniya vətəndaşları üçün orta illik hesab 425 funt-sterlinqdən 575 funt-sterlinqə yüksələcək. Lakin onlar həmçinin vəd ediblər ki, hesablarına görə maliyyə dəstəyi almaq hüququ olan vətəndaşların sayı iki dəfə artırılacaq.
Havar Şəfiyeva





