Bundesver 2023-cü ildə hərbi texnika üçün hissələrin alınması üçün ayrılan bütün büdcə vəsaitlərini xərcləyib. Elchi.az xəbər verir ki, bu barədə Almaniya Silahlı Qüvvələrinin Avadanlıq, İnformasiya Texnologiyaları və Əməliyyatlar Departamentindəki mənbələrə istinadən Business Insider məlumat yayıb.
Bundesverin bu il büdcəsi 51 milyard avro təşkil edib ki, bunun da təxminən beş milyard avrosu hərbi texnika üçün ehtiyat hissələrin alınmasına ayrılıb. Bu vəsait artıq xərclənib və ordu komandanlığı bu barədə Almaniya Müdafiə Nazirliyinə məlumat verib. göstərildiyi kimi, pul böyük texnika, forma və sursata xərclənib.
Havar Şəfiyeva






