"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bunlar doğrudanmı müəllimdirlər?

22 Noyabr 2014 - 16:06
in KÖŞƏ YAZILARI

Suraxanıdakı 7 saylı internat məktəbində 7 yaşlı Nahidin döyülməsindən 6 ay keçməyib. İndi də 11 saylı 559549_423815internatdan xəbər gəlib. Əvvəlcə bir uşaq o birini yandırır, sonra isə digərini məcbur edirlər ki, bu soyuqda o birini şlanqla çimizdirsin.

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Bunlar nə Daxauda baş verir, nə Bardufossda, nə də Treblinkada. Zaman da o zaman deyil. 21-ci əsrdir, 2014-cü il də başa çatır. Və… Və Azərbaycanın xüsusi təyinatlı təhsil müəssisələrində mətbuat son 6 ayda 3 belə işgəncə faktı ilə qarşılaşır. Çox deyil?

Təhsil Nazirliyi bu tip müəssisələri qapalı elan edib. Ora quş quşluğu ilə enə bilmir. Bir kimsə girib tutaq ki, elə həmin Nahidə və yoldaşlarına hansısa bayramda pay da apar bilmir.

Hə, Təhsil Nazirliyinin əməlli bəhanəsi varmış: qapalı müəssisələrdir, çətin tərbiyə olunanlardır, daxil olmaq yasaqdır. Biz bu məqamlara qayıdacağıq. Amma yəqin nazirlik rəsmiləri bilməmiş də deyillər, qapalı müəssisələr haqqında əsasnaməyə görə, istər internat məktəbləri olsun, istərsə də digər müəssisələr, qapalılıq ümumiyyətlə ətraf aləmlə təcrid olunmanın bir xüsusi formasından söhbət gedir. Ancaq bu heç də o demək deyil ki, orda baş verənlər ictimaiyyətin, yaxud da jurnalistlərin nəzarətindən kənarda qalmalıdır. Jurnalist orda olan istənilən məsələ ilə bağlı müraciət edə və istənilən informasiyanı əldə edə bilər. Jurnalistin həmin müəssisəyə girişini qadağan etmək absurddur. Kimsə jurnalistləri belə internat məktəblərinə qapalı müəssisədir deyə, içəri buraxmırsa, tamamilə qanunsuz hərəkət edir. İnformasiya əldə olunmasında yalnız bir məhdudiyyət var. O da söhbət dövlət əhəmiyyətli və hərbi sirdən gedərsə.

Nazirlik Nahid olayından jurnalistləri müəssisəyə ancaq o zaman buraxdı ki, artıq o zavalı uşağa olan olmuşdu, o zavalı çocuğa başa salmışdılar ki, xeyr, onu müəllim döyməyib, o sadəcə üzü üstə yıxılıb, əzilib, gözü qaralıb. Və onda o da məlum olmuşdu ki, sən demə, “ağ-bal içində böyüyən” bu uşaqları müəllimləri öz balalarından fərqləndirmirlər, sadəcə bir-iki müəllim var ki, internatda intriqa aparır.

11 saylı internatda baş verənlər də mahiyyətinə görə fərqlənmədi. Adlarını belə çəkmək istəmədiyim bir müəllim, o birini ittiham edir, başqa birisi digərini təmizə çıxarır, bir valideyn isə hətta  bu mərəkəni təşkil edən müəllimi müdafiə də edir. Bir sözlə, intriqa yuvası.

Cənablar, yoldaşlar, bəylər, xanımlar, bu internat məktəbi nə imiş ki, belə intriqa yuvasına çevrilib? Nəyi bölə bilmirsiniz? Niyə acığınızı, hikkənizi uşaqlardan çıxırsınız? Bu zəkanın sahiblərini nədən ailə qayğısından uzaq olan bir müəssisəyə tərbiyəçi göndərirsiniz? Bunların psixoloji vəziyyətini yoxlayırsınızmı ümumiyyətlə? Və nəhayət, bunlar doğrudanmı müəllimdirlər? Bəlkə…

Bunlar bu internatlarda bağlı qapı arxasında uşaqların başına nə oyun açırlar?! Kimsə də bunlara “Dur” demir, hesabat istəmir. Azyaşlı, qüsurlu azyaşlılar bir para psixi problemləri yerində olmayan “pedaqoq”ların, “tərbiyəçi”lərin əlində girov həyatı yaşayır. Bunun heç olmasa fərqindəsinizmi? Ən dəhşətlisi, insanı heyrətə gətirən də odur ki, təkcə bu ilin 6 ayı ərzində mətbuata məlum olan 3 hadisənin hamısının iştirakçısıqadınlardır, analardır. Bu dəyərlərin sahibi olan müəllimlərdən nə gözləyək? Bu suala KİM cavab verə bilər?!

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan Ordusu heç bir itki verməyib

Next Post

“Kreml artıq etiraf edib…”

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

“Kreml artıq etiraf edib…”

Türklər İsraili...

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.