"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Bunlar nəyin mübahisəsini edir, bilmirəm…”

23 Fevral 2019 - 13:19
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET

Qüdrət Həsənquliyev: “Naxçıvanın iqtisadiyyatının daha güclü olması üçün təkliflər vermişəm: Azad iqtisadi zona yaransın, Naxçıvanın sosial iqtisadi inkişafına dair xüsusi dövlət proqramı qəbul olunsun”

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

“Dostum Əliməmməd Nuriyevin fikirləri mənim sizə dediklərimi təkzib etmir”.
“Hürriyyət”ə açıqlama verən BAXCP sədri, deputat Qüdrət Həsənquliyev belə deyib.
Deputatın sözlərinə görə, o, Naxçıvanda heç bir iş görülmədiyi barədə hər hansı fikir söyləməyib: “Əksinə, mən demişəm ki, muxtar respublikada Azərbaycandan ayrılan dotasiyalar hesabına yollar çəkilib, bəzi məktəblər, xəstəxanalar, inzibati binalar tikilib və ya bərpa olunub. Amma bu investisiyalar istehsal sahələrinə yatırılmadığından Naxçıvanın sosial-iqtisadi vəiyyətinin yaxşılaşdırılmasına kifayət qədər təsir göstərməyib. Muxtar respublika vətəndaşlarına öz həyatlarını sürdürə bilmələri üçün yeni iş yerləri açılmalı, müəssisələr fəaliyyət göstərməlidir. Bunlar edilərdisə, muxtar respublikadan başqa şəhər və ölkələrə köçün qarşısı alınar və Naxçıvan abadlaşardı. Təəssüf ki, muxtar respublikada münbit biznes mühitinin də olmaması bölgədə çətin vəziyyət yaradır və insanların öz yurd-yuvalarını tərk etmələrinə yol açır. Hazırda İstanbulda bəzi məhəllələrin Naxçıvan məhəlləsi adlanması, Bakıya, respublikanın digər rayonlarına xeyli naxçıvanlının pənah gətirməsi də bununla əlaqədardır. Mən bütün problemləri yalnız obyektiv səbəblərin – blokada şəraitinin üstünə atılmasının tərəfdarı deyiləm. Blokada şəraitində yaşamasına baxmayaraq, Naxçıvanda daha ciddi inkişafa nail olmaq mümkün idi”.
Naxçıvan camaatının xarakter etibarilə ələ baxan olmadığını, öz alın təriylə dolanışığını təmin etmək istədiyini vurğulayan deputat onunla “mənasız polemika”ya girənləri bu sosial tələblərə cavab verməyə, hansısa yeni tikilmiş iaşə binalarının şəkilini çəkib paylaşmamağa çağırdı:
“Siz kəndlərin içinə girin, istehsal və emal müəssisələri ilə maraqlanın. Bu adamlar Naxçıvan iqtisadiyyatnın ödədiyi vergi, iş yerləri barədə danışsınlar. Güclü iqtisadiyyat 83 milyon vergi ödəyər? Bu, babat bir şirkətin ödədiyi vergi qədər vəsaitdir. İş yerləri varsa, camaat niyə Naxçıvannı tərk edir? 455 min adamdan Naxçıvanda nə qədəri qalıb? Əbrəqunusda internat və kənd məktəbini söküb bir məktəb tikiblər, çünki uşaq yoxdu. Köhnə kənd məktəbi, xəstəxana, aptek, çayçılar, sovxozun inzibati binası, rabitə binası , çörək zavodunun yeri, klub, kitabxana, iki şərab zavodu və s. dağılıb. Yeri xarabalıqdır. Bunlar nəyin mübahisəsini edir, bilmirəm. Naxçıvanın iqtisadiyyatının daha güclü olması üçün təkliflər vermişəm. Azad iqtisadi zona yaransın, Naxçıvanın sosial iqtisadi inkişafına dair xüsusi dövlət proqramı qəbul olunsun”.
Deputat açıqlamasında ciddi bir məqama da toxundu. Onun sözlərinə görə, Naxçıvanda Prezidentə və onun yaxın ətrafına iş tapılmır: “O qədər iş yeri açılsın ki, Prezidentə və onun yaxın ətrafına çıxışı olan adamlar da iş tapa bilsin, vəzifə alsın, yaxud iş yerini itirməsin”.
Qüdrət Həsənquliyevin fikrincə, xoşməramlı tənqiddən nəticə çıxarmaq əvəzinə, muxtar respublikada ittihamlara cavab kampaniyasına start verilməsi də anlaşılan deyil və kimlərinsə muxtar respublika rəhbərliyi qarşısında özlərini şirin göstərməyə hesablanıb: “Bu kimi yanaşmalar problemlərin müsbət həllinə, mütərəqqi islahatlara, dünyayla ayaqlaşmağa xidmət etmir”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycana gələn rusiyalı turistlərin sayı artıb

Next Post

Bakıya yağış, rayonlara qar yağacaq

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Next Post
Bakıya yağış, rayonlara qar yağacaq

Bakıya yağış, rayonlara qar yağacaq

Naftalan şəhər İcra Hakimiyyətinin başçısı vəfat edib

Naftalan şəhər İcra Hakimiyyətinin başçısı vəfat edib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.