"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bunu edən sürücülər 500 manat cərimələnəcək — RƏSMİ

15 Noyabr 2017 - 12:43
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Bunu edən sürücülər 500 manat cərimələnəcək
Qanun qadağan etsə də, avtomobillərə quraşdırılması inzibati xəta tərkibi yaratsa da, antiradar cihazı açıq satışa çıxarılır.

Elchi.az xəbər verir ki, qadağan edilmiş bu cihazın həm Əmlak Məsələləri Dövlət Komitəsində hərraca çıxarılması və alış-veriş saytında açıq şəkildə satılması ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov axar.az-a açıqlama verib. O bildirib ki, antiradar cihazının satışı “Yol hərəkəti haqqında” qanunun tələblərinin təbliğinə aid deyil:

“Bu cihazın satışı ilə bağlı biz bir şey edə bilmərik. “Yol hərəkəti haqqında” qanunda deyilir ki, antiradar qurğularının avtomobillərə quraşdırılması inzibati xəta tərkibi yaradır. Bunun cəriməsi də yüksəkdir. Avtomobilərə antiradar cihazı, yəni radarın işini əngəlləyən qurğu qoyulmasına görə sürücü məsuliyyət daşıyır. Sürücü o qurğuya görə 500 manatdan 800 manata qədər cərimə edilə bilər”.

V.Əsədov bildirib ki, həmin cihazın satışına müdaxilə edə bilməzlər:

“Bu qurğunun satışı ilə bağlı sualı bizə ünvanlamayın. Bununla biz məşğul olmuruq. Bu, bizə aid olan bir məsələ deyil. Biz birmənalı olaraq bildiririk ki, qanun bu qurğuların avtomobillərə quraşdırlmasına icazə vermir. Hər hansısa avtomobildə bu cihaz müəyyən edilərsə, mütləq qaydada cərmələnəcək”.

Hüquqşünaş, yol-hərəkəti üzrə ekspert Ərşad Hüseynov açıqlamasında bildirib ki, dəqiqləşdirmək lazımdır, hərracda və saytlarda satışa çıxarılan həmin qurğu özündən radiodalğalar buraxaraq radarın fəaliyyətini məhdudlaşdıran cihazdır, ya yox:

“Antiradar özü dalğalar buraxan və bu dalğalarla radarın işini məhdudlaşdıran qurğudur. Antiradar – radara işləməyə imkan verməyən cihazdır. Radarın dalğalarını öldürür, boğur və imkan vermir ki, radar avtomobilin sürətini ölçsün.

Azərbaycanda məhz antiradar, yəni radarın dalğalarını öldürən cihaz qadağandır. Bu qurğudan da avtomobillərdən başqa heç bir yerdə istifadə edilməsi mümkün deyil. Avtomobillərə quraşdırılması da qadağan edilibsə, ölkədə satışı, gətirilməsi də əhəmiyyətsizdir”.

Ə.Hüseynovun sözlərinə görə, dövriyyəsi məhdudlaşdırılan əmlakların konkret siyahısı var ki, radarın fəaliyyətini məhdudlaşdıran antiradar da həmin siyahıya salınıb:

“Prezident tərəfindən o əşyaların siyahısı da müəyyən olunub. O siyahıda da konkret bildirilir ki, hansı texniki göstəriciləri olanlar məhdudlaşdırılıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həmin cihazların ölkəyə gətirilməsini və satılmasını qadağan edib, məhdudlaşdırıb. Avbtomobillərə quraşdırıması da qanunla tənzimlənir, cəriməsi də var”.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev də deyir ki, antiradarlar radarların işinə mane olduğuna görə qadağan edilib.

Qeyd edək ki, antiradar cihazı “Tap.az” saytında açıq satışa çıxarılıb. Həmçinin Əmlak Məsələləri Dövlət Komitəsinin növbəti hərracında da sözügedən cihaz satılır.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

DYP-nin tanınmış rəisi təqaüdə göndərildi — FOTO

Next Post

Əvvəlki illərdə imtahandan kəsilənlər üçün — ŞANS

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Əvvəlki illərdə imtahandan kəsilənlər üçün — ŞANS

Nazir müavinindən apteklərə — XƏBƏRDARLIQ

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.