Yaponiyanın Osima adasına 115 il sonra ilk dəfə qar yağıb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, axırıncı dəfə adaya 1901-ci il fevralın 12-də qar yağmışdı.
«Japan Times»ın məlumatına görə, havanın qəfil dəyişməsi iki nəfərin ölümünə, 100-dən artıq insanın xəsarət almasına səbəb olub.
Qarlı hava dəmiryolu və hava nəqliyyatını da iflic edib. Artıq 286 daxili aviareys təxirə salınıb.








