Mali və Burkina Faso Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasını (BMT Təhlükəsizlik Şurası) Nigerdə Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) mümkün hərbi müdaxiləsi qarşısında məsuliyyətli davranmağa çağırıb.
Elchi.az xəbər verir ki, Mali və Burkina Faso xarici işlər nazirləri tərəfindən yazılmış ortaq məktubda, ECOWAS-ın Nigerdəki çevrilişin gedişatını dəyişdirmək üçün mümkün hərbi əməliyyatının qarşısını almaq üçün BMT Təhlükəsizlik Şurasının yardımı istəndi.
“Burkina Faso və Mali beynəlxalq sülh və təhlükəsizliyin təminatçısı olan BMT Təhlükəsizlik Şurasının gözlənilməz nəticələri olan suveren dövləti (Niger) hədəf alan silahlı hərəkətlərin qarşısını almaq üçün məsuliyyətlə hərəkət etməyə çağırır”, – məktubda deyilir.
Hazırda bir çox çətinliklərlə mübarizə aparan Niger xalqının daha böyük humanitar faciə ilə üzləşməməsi üçün BMT TŞ-nin “müdrikliyinə” arxalandığı vurğulanıb.
Eyni məktubun Afrika Birliyi Sülh və Təhlükəsizlik Şurasına da göndərildiyi öyrənilib.
Şayəstə Hüseynova




