Burkina–Faso prezidenti Bleyz Kamparo istefa verdiyini açıqlayıb. SİA-nın dünya mətbuatına istinadən verdiyi
xəbərə görə, Burkina–Faso ordusunun nümayəndəsi Polkovnik Baurema Farta Millət Meydanında bir yerə gələn nümayişçilərə Kamparonun artıq iqtidarda olmadığını bildirib. Fartanın bu açıqlaması nümayişçilər tərəfindən sevinclə qarşılanıb. Kamparo isə, 90 gün içərisində seçkinin keçirilməsini istəyib. Dövlət televiziyasında yayınlanan Kamparonun imzasını daşıyan açıqlamada, prezidentin Konstitusiyanın 43-cü maddəsini nəzərə alaraq istefa verdiyini, yerinin boş olduğunu bildirərək ən gec 90 gün içərisində seçkilərin keçirilməsinin lazım olduğunu vurğulayıb. Dövlətin Baş qərargah rəisi Honore Neber Traore isə seçkilərin ən qısa müddətdə həyata keçirilməsi üçün keçid dövrünə rəhbərlik edəcəyini ifadə edib.
xəbərə görə, Burkina–Faso ordusunun nümayəndəsi Polkovnik Baurema Farta Millət Meydanında bir yerə gələn nümayişçilərə Kamparonun artıq iqtidarda olmadığını bildirib. Fartanın bu açıqlaması nümayişçilər tərəfindən sevinclə qarşılanıb. Kamparo isə, 90 gün içərisində seçkinin keçirilməsini istəyib. Dövlət televiziyasında yayınlanan Kamparonun imzasını daşıyan açıqlamada, prezidentin Konstitusiyanın 43-cü maddəsini nəzərə alaraq istefa verdiyini, yerinin boş olduğunu bildirərək ən gec 90 gün içərisində seçkilərin keçirilməsinin lazım olduğunu vurğulayıb. Dövlətin Baş qərargah rəisi Honore Neber Traore isə seçkilərin ən qısa müddətdə həyata keçirilməsi üçün keçid dövrünə rəhbərlik edəcəyini ifadə edib.Qeyd edək ki, Burkina–Faso prezidenti hakimiyyətdə qalma vaxtının uzadılmasını istəyib, lakin xalq ayağa qalxdıqdan sonra istefa verməyə məcbur olub. Bundan başqa, Kamparonun paytaxtdan ayrıldığı da iddia edilir. 27 ildir iqtidarda olan Kamparonun rəhbərlik müddətini artırmaq istəməsinin ardından ölkədə keçirilən nümayişlərdə 30 nəfər həyatını itirmişdi.



