"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

BÜTÖV AZƏRBAYCANa gedən ömür yolu

29 Yanvar 2023 - 15:02
in Cebhe-banner, MANŞET

Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Bu dəfə cəmiyyətə pozitiv mesaj verən bir məqama toxunacayıq. Bu gün doğum günü olan millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyevə söz hədiyyəmiz olaraq qəbul edilə bilər bu yazı.

Son illər ərzində baş verən prosesləri bir bir göz önündən keçirin. Elə bir olay, elə bir ictimai-siyasi proses yoxdur ki, Qüdrət Həsənquliyevin həm partiya sədri, həm millət vəkili, həm də siyasətçi kimi buna çevik reaksiyası olmasın. Hakim komandada aparılan kadr islahatlarından tutmuş, qanunvericilik və idarəçilik dəyişikliklərinə, müxalifətdaxili böhranların, siyasi qarşıdurmaların aradan qaldırılmasından tutmuş, siyasi məhbus probleminə, sosial problemlərdən tutmuş məmur özbaşınalığına qədər sayagəlməz məsələlərlə bağlı məqamlarda hər zaman Qüdrət Həsənquliyevin mövqeyinə rast gəlinib. Həm də sadəcə mövqe, çıxış xatirinə yox. Bütün münasibətlərdə eyni siyasi xətt, dəyişməz prinsip, pozulmaz dəyərlər var. Çoxlarının adını çəkməyə belə cürət etmədiyi məmurla açıq döyüşə girəndə də, siyasi mübarizədə əxlaq və etika qaydalaranı car çəkəndə də, islahatların kağız üzərində qalmaması üçün yolları dillə gətirəndə də biz eyni siyasətçinin simasını görmüşük. Qüdrət Həsənquliyev bir qayda olaraq, iqtisadi və siyasi həyatda sağlam rəqabət mühitini formalaşdırılması, ölkənin idarəçilik sistemlərinin təkmilləşdirilməsi və islahatların aparılması, çoxpartiyalı parlamentin yaradılması kimi fikir və mülahizələr irəli sürür, Azərbaycanda Dövlətçiliyin qorunması, ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində aparılan ideoloji mübarizədə fəal iştirak edir. O, Azərbaycanın hərbi büdcəsinin daim artırılmağa ehtiyac olduğunu, hərbi sənayesinin daha da inkişaf etdirilməsi, xarici ölkələrdən yüksək texnologiyalı silah və sursatların alınması və çoxminli peşəkar ordunun yaradılması təkliflərini dəfələrlə gündəmə gətirməklə, ölkənin təhlükəsizliyinin hər şeydən üstün olduğunu daim diqqətdə saxlamağa çalışır. Q.Həsənquliyev siyasətçidir. Onun cəmiyyətdəki müxtəlif sosial qüvvələrin siyasi hakimiyyətə münasibəti qarşılıqlı hörmət əsasında idarə etmək istəyi onu digər siyasətçilərdən fərqləndirən özünəməxsus xüsusiyyətlərindəndir. Bir sözlə, Qüdrət Həsənquliyev həm parlament üzvü olaraq, həm də partiya sədri kimi cəmiyyətdə rasional mövqenin inkişafına xidmət edir.

Qüdrət Həsənquliyev siyasi mübarizəyə Milli Azadlıq Hərəkatının ilk günlərindən qoşulan biri olaraq, sona qədər yolundan dönməyən, görəv qazanan, fəaliyyətini siyasi dividendə çevirməyi bacaran partiya sədridir. Fikir ayrılığını əsaslandırıb, fikrinə yetərincə tərəfdar toplayıb özünə elektorat formalaşdırmağı bacaran layiqli millət vəkilidir. İlk növbədə siyasi səbatına görə – ölkənin iqtisadi inkişafı və siyasi sabitliyi xarici və xaricdən maliyyələşən daxili antimilli qüvvələrin pozuculuq fəaliyyəti müqabilində öz xalqının və öz dövlətinin yanında olmasına görə! Hər bir siyasətçinin öz xalqına, öz dövlətinə verdiyi, verə biləcəyi ən böyük töhfə onun siyasi-iqtisadi, ictimai-sosial sərhədlərini toxunulmaz saxlamaq məharətidi!

Qüdrət Həsənquliyevin insan kimi də, hüquqşünas kimi də, siyasətçi kimi də üstünlüyü elə yaxşı niyyətli olmasında, səmimiyyətindədir. Onu öz yaş nəslinin qalan bütün müxalif siyasətçilərindən fərqli olaraq ayaqda saxlayan, önə çıxaran əsas faktor da məhz bu keyfiyyətləridir. Məhz bu keyfiyyətə malik olduğu üçün o insanlara, cəmiyyətə, siyasətə münasibətdə dağıdıcı yox, torarlayıcı; intriqant yox, barışdırıcı; istifadəçi yox, dəstəkçidir.

Folosoflardan birinin sözüdür, həyatın ifadə etdiyi məna həyatın insanın qarşısına çıxardıqları ilə deyil, insanın həyatın qarşısına çıxardığı dəyərlərlə ölçülür. Odur ki, bu günə qədər və bundan sonra həyatın qarşısına BÜTÖV İNSAN çıxmış Qüdrət Həsənquliyevin BÜTÖV AZƏRBAYCAN qurucularından olacağı şübhəsizdir.

(Cumhuriyyet.az)

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Terrorçular naziri öldürdü

Next Post

Xankəndidə maşın ehtiyatları anbarı yandı – Foto

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Next Post
Xankəndidə maşın ehtiyatları anbarı yandı – Foto

Xankəndidə maşın ehtiyatları anbarı yandı – Foto

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.