“Qurani-Kərimdə Allah təala buyurur ki, israf etməyin. Çox adam belə başa düşür ki, israf anacaq bir şeyi həddən çox sərf etməyə deyilir. Dində isə bu belə deyil. İsraf bir şeyi həm həddən çox sərf etməyə, həm də həddən az istifadə etməyə deyilir. Yəni, xəsislik, xəbislik bəyənilmir”-bunu Elchi.az-a açıqlamasında
Milli Cəbhə Partiyasının sədr müavini, dinşünas Tural İrfan deyib.
O, həmçinin əlavə edib:”Bəziləri də elə düşünür ki, oruc tutmayanlar oruc tutmadığına görə iftarlarda, bayram namazında iştirak edə bilməzlər. Bu da yanlışdır. Ona qalsa çox oruc tutanlar var ki, onlar da namaz qılmır. Onda onlar necə olsun? Demək bu yanlış düşüncədir və xurafi fikirdir. Bütün müsəlmanlar, bütün istər ibadət etsin, istərsə də etməsin İslama aid bütün ibadətlərdə, bütün ayinlərdə, iftarda, bayram namazında iştirak edə bilər və etməlidir. Çünki bu müsəlmanların həmrəyliyi üçündür. Bəziləri bayram təbrik edir, ancaq oruc tutanları təbrik edirlər. Bu həmin şəxslərin nifaq salma, ayrı – seçkilik yaratmaq cəhdləridir ki, belə işlərin toxumu da təəssüf ki, ölkəmizə İran mollalarından sirayət etdi.
Bayram bütün müsəlmanların bayramıdır”.
Havar Şəfiyeva





