“Bütün strateji obyektlərə elektrik enerjisinin verilişi bərpa olunub” – Nazir

Bunu da oxuyun

Azərbaycanda bütün strateji əhəmiyyətli obyektlərə elektrik enerjisinin verilişi bərpa olunub.

Bunu APA-ya açıqlamasında Azərbaycanın Energetika naziri Pərviz Şahbazov bildirib.

“Elektrik enerjisi olmayan yerlərdə də yaxın saatlarda problem aradan qalxacaq”, deyə nazir qeyd edib.

P. Şahbazov əlavə edib ki, hazırda elektrik kəsintisi ilə bağlı problemin aradan qaldırılması üzrə işlər davam etdirilir və yaxın saatlarda bütün ölkə ərazisində elektrik enerjisi ilə təminat tam bərpa olunacaq.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728