"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Bütün strateji obyektlərin mühafizəsi mənə həvalə edilmişdi”

05 Oktyabr 2014 - 09:39
in GÜNDƏM
“Surətin ətrafındakı 150-dən artıq silahlı dəstəsini zərgər dəqiqliklə zərərsizləşdirdik”9627 (1)

 

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Bu gün 4 oktyabr hadisələrindən 20 il ötür.Moderator.az həmin hadisələrin mərkəzində olan və Surət Hüseynovun dəstəsini zərərsizləşdirməkdə xüsusi xidmətlər göstərən Milli Qvardiyanın keçmiş komandiri Əzizağa Süleymanova müraciət edərək 20 il öncəyə qısa ekskurs etməsini xahiş edib:

“Bu gün əziz bir gün olduğu üçün fürsətdən istifadə edərək hər bir kəsi Qurban bayramı münasibəti ilə təbrik edirəm. Həm də mənə verdyiniz suala cavab olaraq bildirmək istəyirəm ki,1994-cü ilin 4 oktyabr hadisələrini Müstəqil Azərbaycanın tarixində ən təlatümlü və suverenliyimizin sınağa çəkilməsi cəhdi kimi də unutmamaq lazımdır.

Bu günlər ölkədəki separatçı qruplar xeyli fəallaşaraq dövlətçiliyimizi sarsıtmaq və süquta uğratmaq üçün hərəkətə keçmişdilər. Ölkə daxilində və xaricində bu kimi qruplara dəstək verən qüvvələr var idi. Ölkənin güc strukturalarının yuxarı eşalonlarında baş verən rəhbər dəyşiklikləri tam möhkəmləndirilməmişdi. Heç kimə sirr deyil ki, ölkə prezidenti Heydər Əliyevin fərmanı əsasında ötən bir il ərzində Milli Qvardiyanın bazasında formalaşan və Milli Qvardiya ilə birləşib  Xüsusi Dövlət Mühafizə Xidməti adlanan hərbi qurum ölkə prezidentinin nəzarəti altında monalit hərbi qruma çevrilib, Dölətçiliyi və dövlət rəhbərinin mühafizəsini yüksək səviyyədə qorumaq təcürbəsinə yiyələnmişdi. Bir sözlə, artıq ölkə daxilində hər hansı silahlı dəstə dövlət çevrilişinə cəhd edərdisə qarşısını dərhal ala biləcək gücə malik qurum var idi. Bu günlər ərzində ölkənin cənub bölgəsində baş verən hadisələr, MTN-dən qaçış, bir neçə dövlət məmurunun güllələnməsi, yenidən Gəncədə baş verən qarşıqlıq, ölkə prezidenti Heydər Əliyevi narahat etməyə bilməzdi. 1 oktyabr tarixində Amerikadan BMT Baş Assambleyasından səfərdən vətənə dönən Heydər Əliyev yolüstü qardaş Türkiyə prezidenti Süleyman Dəmirəllə görüşmüşdü. Bu günlər ərzində Milli Qvardiyanın şəxsi heyəti, o cümlədən XDMX-nin bütün əməkdaşları Milli Qvardiyanın komandanı mərhum Tofiq Rəsulovun rəhbərliyi altında ayaqda idi. Mühüm dövlət idarələrinin- Prezident Aparatının, Nazirlər Kabinetinin, Milli Məclisin, o cümlədən Az TV-nin mühafizəsi Mühafizə taborunun komandiri olaraq XDMX-nin rəisi general-polkovnik Vaqif Axundovun əmri ilə mənə həvalə edilmişdi. Mənim rəhbərliyim altında Milli Qvardiyanın şəxsi heyəti gecə- gündüz istirahət etmədən yüksək döyüş hazırlığı vəziyyətində xidmət aparırdı. Xarici səfərdən ölkəyə dönən ölkə prezidenti mərhum Heydər Əliyev Gəncə bölgəsində baş verən yeni iğtişaşın, yeni qardaş qırğınının qarşısını almaq üçün televiziya ilə xalqa müraciət etdi.

Heydər Əliyev tarixi çıxışında təəssüflə qeyd etdi ki, içərimizdə bəzi adamlar xarici qüvvələrin alətinə çevrilərək belə əməllər tuturlar:

“Bunlar həm də hakimiyyət uğrunda mübarizəni dayandırmırlar. Əziz qrdaşlar, əziz bacılar, əziz həmvətənlər, bir deyin görək Azərbaycanda hakimiyyəti uğrunda nə qədər mübarizə gedə bilər? Nə qədər, nə vaxtadək? Heç bir il keçməyib ki, vətəndaş müharibəsinin qarşısını almışıq. Ötən ilin iyununda Gəncədə baş verən qardaş qırğının qarşısını aldıq. Biz Azərbaycanı parçalamaq istəyən qüvvələri təkləyib təcrid etdik.Halbuki Azərbaycan artıq parçalanmışdı. Cənubda da, başqa yerlərdə də bəzi cinayətkar qüvvələr Azərbaycanım ayrı- ayrı yaşayış məntəqələrini ələ keçirmişdilər. Biz bunların qarşısını aldıq, cinayətkarları tədric etdik. Onları qanun qarşısında cavab verməyə məcbur etdik. Budur, yeni hadisələr baş verir, Azərbaycanı yenidən sarsıtmaq, dağıtmaq, onun müstəqiliyinə qəsd etmək istəyirlər. Bütün bunları başqa cür qiymətləndirmək olmaz. Sentyabrın 22-də məhbusların qaçırılması, sonra dövlət xadimlərinə qarşı sui-qəsd və nahayət 2-si oktyabr axşamı saat 8-dən başlamış və indi də davam edən cinayət əməliyyatı bir-biri ilə əlaqəli olan, bir-birini tamamlayan hərəkətlərdir. Odur ki, biz bu hərəkətlərin qarşısını almalıyıq. İndi Azərbaycan xalqı ayağa qalxmalıdır. Hər bir vətəndaş, vətəninə sadiq olan hər bir qeyrətli vətənpərvər insan bu məsələləri özü götür-qoy etməli, öz mövqeyini bildirməli, içtimai-siyasi həyatımızda öz yerini tutmalıdır. Biz hamımız əl-ələ verməliyik, bu ağır vəziyyətdən çıxmaq üçün birləşməliyik.”

Məncə 4 oktyabr hadisəsinin dövlətçiliyimiz üçün necə təhlükəli olduğu Heydər Əliyevin xalqa müraciətindən sonra bir daha bəlli oldu. Odur ki, belə bir ağır durumda XDMX-nin əməkdaşlarının, əsasən də mühafizəyə birbaşa cavabdeh olan Milli Qvardiyaçıların baş nazir olmasına baxmayaraq, Surət Hüseynovun ətrafındakı 150-dən artıq silahlı mühafizə dəstəsi ilə toqquşmaq ehtimalı hər an baş verə bilərdi. Bu isə yenidən qardaş qırğınına və qarşısıalınmaz proseslərə səbəb olardı. Ona görə də ilk növbədə Surət Hüseynovun həmin dəstəsini zərərsizləşdirmək lazım idi. Əks halda həm Nazirlər Kabineti, həm Prezident Aparatı hər an silahlı hücumla ələ keçirilə bilərdi. Amma biz Surət Hüseynovun bu niyyətinin qarşısını zərgər dəqiqliklə keçirilmiş əməliyyat nəticəsində almağa müvəffəq olduq…

Ardı var…

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

AzTV-də sükan fərsiz adamların əlindədir…

Next Post

Co Bayden Ərdoğandan üzr istəyib

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

Co Bayden Ərdoğandan üzr istəyib

Gülər Əhmədovanın qardaşı yeni iş yerində

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.