Elchi.az Moderator.az-a istinadən bənzərsiz şeirləri ilə təkcə kəlbəcərlilərin deyil,
məmləkətimizin poeziya bilicilərinin rəğbətini qazanan şair Mirsəyyaf Zamanlının yenicə yazdığı bir möhtəşəm şeiri oxuculara ərməğan edir:
məmləkətimizin poeziya bilicilərinin rəğbətini qazanan şair Mirsəyyaf Zamanlının yenicə yazdığı bir möhtəşəm şeiri oxuculara ərməğan edir:At haqqında ağı
Sığışmazdın sən nə yerə, nə göyə,
Hansı əllər indi daşa döndərib?
Kim qarğadı, gəlib çıxdın muzeyə?
Qarabağdan Sultan bəymi göndərib?
Elə bilmə əslin-nəslin uşaqdı,
At babanın ruhunu tut silkələ.
Daş olsan da, at yaddaşın oyaqdı
Gör muzeydə olmuşdumu at hələ?
Muzeydə at sayırsanmı özünü?
Buxovunu qeyrətinə vurublar.
Gəzdirdiyin kişilərin gözünü
Bilirsənmi hansı yurdda qırıblar?
Sən darıxma, papaq başdan alınır,
Bu muzeyə qoyacaqlar onu da.
Kişiliyin son təbili çalınır,
Nə olacaq gör bu işin sonunda.
Xəyallardan silinəcək at izi,
Barı gəl gir yuxumuza, ay at, sən!
Top səsinə oyanmadıq, gəl bizi,
Kişnə, qəflət yuxusundan oyat, sən…



