Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatdı. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, çempionat Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) Gənclər və İdman Nazirliyi ilə birgə Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə keçirilib.
2 gün davam edən Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatının sonunda qaliblərə Gənclər və İdman Nazirliyinin diplomu və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının kubok və medalları təqdim olunub.
Çempionatın keçirildiyi əraziyə getmək jurnalistlərə elə də asan başa gəlməyib. Belə ki, hündür buzla örtülü sahəyə çıxmaq onlar üçün çətin olsa da, mediya nümayəndələri bu işin öhdəsindən gəliblər.
Federasiyanın prezidenti Arzu Mustafayev ANS PRESS-ə açıqlamasında bunun say ça 8-ci çempionat olduğunu deyib. “Bu idmanla məşğul olanların sayı ili-ildən artır”.
Yarışın sonunda idmançılara sertifikar və kuboqklar verilib. Çempionatın nəticələrini təqdim edirik:
Buzadırmanma üzrə Respublika Çempionatında kişilər arasında çətinlik üzrə final mərhələsinin nəticələri:
1. Rəhimxanov Ramel (FAİREX “Salavat”)
2. Hidayətov İftixar (FAİREX “Qafqaz”)
3. Atluxanov Alim (FAİREX “Salavat”)
Buzadırmanma üzrə Respublika Çempionatında qadınlar arasında çətinlik üzrə final mərhələsinin nəticələri:
1. Pirəliyeva Gülnar (FAİREX “Zirvə”)
2. Əhmədova Leyla (FAİREX “AMEAST”)
3. Əliyeva Süsəm (FAIREX “Rockstone”)
Buzadırmanma üzrə Respublika Çempionatında kişilər arasında sürət üzrə final mərhələsinin nəticələri:
1. Şıxrəhimov Qalib (FAİREX “Zirvə”)
2. Rəhimxanov Ramel (FAİREX “Salavat”)
3. Atluxanov Alim (FAİREX “Salavat”)
Buzadırmanma üzrə Respublika Çempionatında qadınlar arasında sürət üzrə final mərhələsinin nəticələri:
1. Pirəliyeva Gülnar (FAİREX “Zirvə”)
2. Əhmədova Leyla (FAİREX “AMEAST”)
3. Novruzova Fidan (FAİREX “Qərb Universiteti”)
Buzadırmanma üzrə Respublika Çempionatında komandalararası yarışda ümumi nəticələrə görə FAİREX-in “Zirvə” komandası I, “AMEAST” komandası II, “Salavat” komandası isə III yerə çıxıb.



ANS PRESS




