"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

BVF-dən Azərbaycana səfərin yekunları barədə – Bəyanat

04 Fevral 2016 - 01:01
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

BVF-dən Azərbaycana səfərin yekunları barədə - Bəyanat
 
Beynəlxalq Valyuta Fondunun (BVF) işçi heyəti Azərbaycana səfərinin yekunları barədə bəyanat yayıb.
Maliyyə Nazirliyindən ans press-ə verilən məlumata görə, Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçinin rəhbərlik etdiyi Fondun işçi heyət üzvlərindən ibarət komandası 2016-cı ilin 28 yanvar – 3 fevral tarixlərində Bakıda faktaraşdırıcı məqsədli, habelə texniki yardım müstəvisində əməkdaşlıq sahələrinin müzakirəsi məqsədini daşıyan səfərdə olub.
Səfərin sonunda M.Qorçi aşağıdakı bəyanatı edib: “Azərbaycan iqtisadiyyatı, xüsusilə neft qiymətlərinin gözəçarpan dərəcədə aşağı düşməsi, iqtisadi artımın əhəmiyyətli dərəcədə səngiməsi və ticarət tərəfdaşı olan ölkələrin milli valyutalarının dəyərdən düşməsi nəticəsində mənfi şoklar silsiləsinə məruz qaldı. İqtisadi artım tempi 2015-ci ilin birinci yarısında yüksək oldu, lakin ilin ikinci yarısında azaldı, cari hesabın profisiti isə heçə endi”.
Bəyanatda deyilir ki, rəsmi orqanlar kənardan pisləşən mühitə qarşı bir sıra cavab tədbirlərini görüblər:“Ehtiyatda olan vəsaitin azaldığı və kənar şokların bərkidiyi şəraitdə Azərbaycanın Mərkəzi Bankı manatı devalvasiyaya uğratdı və idarə olunan üzən məzənnə rejiminə buraxdı. Devalvasiya rəqabət qabiliyyətini artırmağa kömək etdi. Bundan sonra Mərkəzi Bank məzənnə çevikliyinin genişlənməsinə şərait yaratdı, ölkədən kapital axınlarının qarşısını almaq üçün tədbirlər gördü və bəzi problemli bankların birləşməsi və ləğvinə başladı. Eyni zamanda, hökumət fiskal siyasəti azalan neft gəlirləri şəraitinə uyğunlaşdırmağa başladı. Gəliryaratma istiqamətində yeni fiskal tədbirlərinin tətbiqi ilə yanaşı, keçmişdə neft qiymətinin kəskin artması nəticəsində həcmi sürətlə genişlənmiş dövlət investisiya qoyuluşu daralmağa başladı. Əlavə olaraq, aztəminatlı əhali təbəqələrini müdafiə etmək üçün yaşa görə pensiya və ünvanlı sosial yardımın məbləği artırıldı. Nəhayət, işgüzar mühiti yaxşılaşdırmaq üçün bir sıra prioritet struktur islahatları elan edildi”.
Qeyd olunur ki, gələcəyə baxdıqda, iqtisadi artım və tədiyə balansı üzərindəki təzyiqlər yaxın gələcəkdə rəsmi orqanların üzləşdiyi əsas çağırışlar olaraq böyük ehtimalla davam edəcək: “Bununla belə, Azərbaycanın əhəmiyyətli həcmdə ehtiyat vəsaitini nəzərə aldıqda, habelə iqtisadi siyasətlə bağlı cavab tədbirlərinin daha da gücləndiriləcəyi təqdirdə, rəsmi orqanlar yaranmış çağırışların öhdəsindən gəlmək üçün yaxşı mövqeyə malikdirlər. İqtisadi siyasət prioritetlərinə çoxillik fiskal konsolidasiya planının hazırlanması və əvvəlcədən açıqlanması, çevik məzənnə rejiminə keçidə kömək etmək üçün pul siyasəti çərçivəsinin möhkəmləndirilməsi, maliyyə sektoru və nəzarətin gücləndirilməsi və iqtisadiyyatı daha çox şaxələndirmək naminə struktur islahatlarının həyata keçirilməsi daxildir. Bu mənada, biz hökumətin layihələrin səmərəliliyinə daha çox diqqət yetirməklə, 2016-cı ildə dövlət investisiya xərclərini daha davamlı səviyyəyə doğru əlavə olaraq azaltmaq niyyətini dəstəkləyirik. Rəsmi orqanlar və BVF işçi heyəti iqtisadi siyasət məsələləri müstəvisində yaxından dialoq aparmaq və texniki yardımı artırmaq baxımından razılığa gəliblər”.
Bundan əvvəl xəbər yayılmışdı ki, Azərbaycan Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) ilə 4 mlrd. dollarlıq təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar aparır. Bildirilirdi ki, Azərbaycan hökuməti BVF-dən 3 mlrd. dollar, DB-dən 1 mlrd. dollar cəlb etmək niyyətindədir.
Lakin Azərbaycan prezidenti İlham Əliyev və maliyyə naziri Samir Şərifov yayılan xəbərləri təkzib edib. Prezident bəyan etmişdi ki, Azərbaycanın xarici maliyyə qurumlarından yardım istəməsi ilə bağlı son günlərdə xarici mətbuatda gedən yazılar yalandır. Samir Şərifov da bildirmişdi ki, 4 milyard dollar həcmində kredit verilməsi barədə söhbət yoxdur.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Prokurorluğun qarşısındakı “kəfənli etiraz”la bağlı — Rəsmi açıqlama

Next Post

Azərbaycanda 3 dövlət qurumu ləğv edildi – FƏRMAN

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Azərbaycanda 3 dövlət qurumu ləğv edildi - FƏRMAN

Ramil Usubovun işdən çıxardığı polis rəisinə yeni vəzifə verildi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.