Yaşayış məntəqələri yenidən atəşə tutuldu
Ermənistan silahlı qüvvələri mövqelərimizi və yaşayış məntəqələrini yenidən atəşə tutub.
İstiPress-in Qarabağ bürosu xəbər verir ki, Goranboy rayonunun təmas xəttində yerləşən yaşayış məntəqələri iyulun 6-sı saat 23:00-dan 23:15-dək və iyulun 7-si saat 00:15-dən 00:30-dək iriçaplı silahlardan atəşə tutulub.
Nəticədə təmas xəttində yerləşən Tap Qaraqoyunlu kəndində 3 fərdi yaşayış evinin dam örtüyünə yüngül ziyan dəyib. Kənd sakini İsa Aslanovun evinin pəncərələri güllədən yararsız hala düşüb.
Ciddi itki və tələfatın olmadığı deyilir.
Müxbirimizin verdiyi məlumata görə, bu gün səhər saatlarında da ara-sıra atışma səsləri eşidilib.



