"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Cəbhədə erməni təxribatı – Kəndlərimiz atəşə tutuldu (YENİLƏNİB)

27 Aprel 2016 - 08:09
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini yenidən pozub.

Bu gün axşam saat 22:00 radələrindən başlayaraq erməni işğalçıları mövqelərimizə ağır artileriya ilə atəş açmağa başlayıb.

Tərtər sakinlərinin saytımıza verdiyi məlumata görə, düşmən rayonun Qapanlı, Seyidimli, Qarağacı, Düyərli kəndlərini atəşə tutub.

Qarağacı kəndinin bələdiyyə sədri Rizvan Əzizov bildirib ki, hazırda cəbhə xəttində vəziyyət gərgindir.

“Bu dəqiqələrdə atışma davam edir. Məndə olan məlumata görə, bir neçə mülki evə ciddi ziyan dəyib. Sakinlər evlərindədirlər. Düşmən təxribatı səngimir. Ermənilər əsasən top və minaatalanlardan istifadə edir. Qapanlı, Seyidimli, Qarağacı, Düyərli kəndləri və Tərtər rayonunun mərkəzi atəşə tutulur. Ordumuz düşmənə cavab verir”.

***

Tərtərin Azad Qaraqoyunlu kəndi də düşmən atəşinə məruz qalıb.

Kənd bəldiyyəsindən  verilən məlumata görə, ermənilər bu gün axşam saatlarında əkin sahələrinə və mülki evlərə zərbələr endirib.

***

Əldə etdiyimiz son məlumata görə, Goranboy istiqamətində nisbi sakitlik hökm sürür.

Bu barədə  rayonun Tapqarqaraqoyunlu kəndinin bələdiyyə sədri Abbas Allahverdiyev məlumat verib.

***

Hal-hazırda cəbhə xəttində düşmən təxribatı davam edir.

Tərtər rayonunun Sarıcalı-Düyə kəndinin bələdiyyə sədri Bayramov İldırım  açıqlamasında mülkü evlərin düşmən tərəfindən atəşə tutulduğunu bildirib.

Onun sözlərinə görə, Azərbaycan ordusu düşməni cavab atəşi ilə susdurur: “Hazırda atışma gedir. Axşam saatlarında ermənilər kəndlərimizi atəşə tutmağa başladılar. Düşmən bu dəfə iri çaplı silahlardan, topdan istifadə edir”

***

(Saat 23:37)

Tərtər sakinlərinin sözlərinə görə, düşmənin atdığı mərmi rayonun mərkəzinə düşüb. Rayonun Teymur Rəhim küçəsində bir neçə evə ziyan dəyib. Mülki əhali arasında xəsarət alan olmayıb.

Hal-hazırda erməni silahlı qüvvələri Tərtər istiqamətində intensiv atəş açır.

***
Saat (23:42)

Ağdamın Qərvənd kəndinin bələdiyyə sədi Azər Mikayılov rayonda nisbi sakitliyin hökm sürdüyünü bildirib: “Ağdam istiqamatində atəş səsləri eşidilmir. Kənddə sakitlik hökm sürür”.

***

Saat (00:01)

Tərtərin Qarağacı kəndinin bələdiyyə sədri Rizvan Əzizovun saytımıza verdiyi məlumata görə, hazırda təmas xəttində atışma səngiyib.

“Atışma bir az səngiyib. Ermənilər ara-sıra atəş açırlar. Bayaqki kimi şiddətli döyüşlər getmir. Ordumuz düşməni yerinə oturtdu”

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İlham Əliyevlə Sarkisyanın görüşü gözlənilir

Next Post

`Deyirlər daha 25 il də danışıqlar aparın` – Novruz Məmmədov

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

`Deyirlər daha 25 il də danışıqlar aparın` - Novruz Məmmədov

Qarabağda erməni hərbçi məhv edildi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.