"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Cəbhəyanı kənd sakinləri: `Qaçmamışıq, ordumuza inanırıq`

02 Aprel 2016 - 15:14
in XƏBƏR LENTİ

Ermənilərin bu gecə daha ağır itki verdiyini müşahidə etdik.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Bunu APA-nın yerli bürosuna açıqlamasında Ağdam rayonunun Baharlı qəsəbəsində məskunlaşan Ramal Dadaşov deyib.

O bildirib ki, Ağdam rayonunun Şıxbabalı kəndindən məcburi köçkündür:

“Gördüyünüz kimi, hamı hazırda qəsəbədə, öz ev-eşiyindədir. Biz torpaqlarımızın işğaldan azad olunacağı, kəndimizə qayıdacağımız günü gözləyirik. Ordumuza güvənirik, bilirik ki, ordumuz sərhədlərimizi qoruyur”.

Tərtər rayon sakini Umud Meydanov da ermənilərin cəbhə xəttində gərginlik yaratamağa cəhd etmələrinə baxmayaraq, tərtərlilərin evlərini tərk etmədiyini deyib:

“Belə bir şey olmayacaq. Əksinə, cəbhə kəndlərində dinc əhali arasında yaralı olduğunu eşidəndə tərtərlilər xəstəxanaya gedib, könüllü qan vermək istədiklərini bildirdilər”.

U. Meydanovun sözlərinə görə, rayon sakinləri erməni təxribatını pisləyir, kəndlərin boşalması barədə şayiələrin əsassız olduğunu bildirir:

“Bütün cəbhəyanı kəndlərdə tanışlarımız yaşayır. Biz evimizi, elimizi tərk etməyəcəyik. Ordumuz burdadı, biz nədən narahat olmalıyıq ki?”

Füzuli rayon icra başçısının birinci müavini Bağır Aslanovun bildirdiyinə görə, qoşunların təmas xəttinin Füzuli və Cəbrayıl rayonları istiqamətində atışma səsləri hələ də eşidilir.

“Yerli sakinlər evlərindədi. Onlar Azərbaycan Ordusuna güvənirlər. Hər kəs öz iş-gücü ilə məşğuldur. Heç bir kəndin boşaldılması və ya əhalinin evini tərk etməsi faktı yoxdur”.

Ağdam rayon Çıraqlı kənd sakini Xurşud Məmmədov isə bildirib ki, Çıraqlı kəndi cəbhə xətti boyunca ən yaxın yaşayış məntəqələrindən biridir:

“Kəndin ərazisi Azərbaycan Ordusunun nəzarətindədi. Uzun illərdi bu kəndin sakinləri güllə yağışı altında yaşayır. Ermənilər bu gecə də kəndi ağır artileriyadan atəşə tutdu. Buna baxmayaraq, əhali kəndi tərk etməyib”.

X. Məmmədov bildirib ki, Çıraqlıdan cəbhə xəttində nələrin baş verdiyini açıq müşahidə etmək olur:

“Ermənilərin bu gecə daha ağır itki verdiyini müşahidə etdik”.

Ağdam rayon Baharlı kənd sakini Mehman Sadıqov isə deyib ki, əhalinin evlərini tərk etməsi barədə deyilənlər həqiqəti əks etdirmir:

“Başqa rayonlarda yaşayan qohumlarımız kəndlərin boşaldığı barədə şayiələrdən narahat olurlar. Biz öz evimizdəyik. Heç yerə getmək fikrimiz yoxdu. Ordumuz düşmənə layiqli cavab verir. Cəbhəyanı kəndlərdə yaşayanlar bunu öz gözləri ilə görürlər. Biz burda özümüz ordumuzun gücünü görüb daha da əmin oluruq”.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı da Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin öz mövqelərində olduğunu qeyd edib:

“Heç bir kənddə əhali yerlərini tərk etməyib. Tam fərqli olaraq qarşı tərəfdə, işğal altında olan torpaqlarda məcburi şəkildə məskunlaşan ermənilər və erməni silahlı bölmələri Şuşaya və Xankəndi istiqamətində qaçırlar”.

Qeyd edək ki, bu gün səhər saatlarından etibarən erməni mediası Azərbaycana qarşı təxribat xarakterli məlumatlar yaymağa başlayıb. Məlumatlarda, “Azərbaycanın cəbhə xəttindəki kəndlərinin boşaldıldığı, yerli əhalinin evlərini tərk etdiyi” bilidirlib.

Ermənilər isə sosial şəbəkələrdəki şərh və statuslarında işğal altındakı Azərbaycan ərazilərində yerləşdirilmiş əhalinin təlaş içində olduğunu yazıblar. Onlar artıq təmas xəttinə yaxın əraziləri boşaltmağa başladıqlarını qeyd ediblər.

Erməni istifadəçiləri baş verənlərə görə Ermənistanın hazırkı rəhbərliyini qınayır və sərt şəkildə tənqid edir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Türkiyə XİN-dən: “Yaxın saatlarda Türkiyə Xİn rəsmi bəyanatla çıxış edəcək”

Next Post

Sarkisyan təcili iclas çağırdı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Sarkisyan təcili iclas çağırdı

`ABŞ və Rusiya Qarabağda vəziyyəti tənzimləməlidir`

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.