Öncə “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin fəalları dahi dramaturqun abidəsini yad ediblər.
Xəbər verildiyi kimi, Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun, Azərbaycan Yazıçılar Birliyinin, Xızı rayon İcra Hakimiyyətinin və Cəfər Cabbarlı adına Ev Muzeyinin birgə təşkilatçılığı ilə dahi dramaturqun anadan olmasının 115-ci ildönümü qeyd olunub. Tədbir iştirakçıları öncə C.Cabbarlının abidəsi önünə əklil və gül dəstələri qoyublar. “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin adından bu təşklatın sədri Mahirə xanım Əsədova, İcraçı direktor Şamil Sabiroğlu, sədr müavini Natiq Qasımov, birliyin fəalları- İlkin Məmmədov,Dilbər Sultanova və başqaları yubiley mərasimində iştirak ediblər. Ədəbi-bədii gecədə Elmlər Akademiyası Ədəbiyyat İnstitutu əməkdaşlarının məruzə və çıxışları dinlənilib. Respublikamızın Xalq artistləri – Mələkxanım Əyubova, Möhlət Müslümov, Məleykə Əsədova, habelə, Rəşad İlyasovun ifasında mahnılar səsləndirilib.


Şamilə Şamilqızı.



