"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Cəhalətdən xəyanətə gedən yol

01 Dekabr 2015 - 14:23
in KÖŞƏ YAZILARI, XƏBƏR LENTİ

<font color=red><b>Cəhalətdən xəyanətə gedən yol</b></font>

Nardaran Narda(İ)rana, yaxud Nard İrinə necə çevrildi…

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Elçin Mirzəbəyli

İllərdir ki, paytaxt Bakının bir neçə kilometrliyində, amma gözdən-könüldən, tərəqqidən uzaq, feodal dövrünün qaranlıqlarının hökm sürdüyü, nadanlığın sağlam düşüncəyə hakim kəsildiyi kiçik bir qəsəbədə bir ovuc seçilməmiş, təyin olunmamış (ağ) SAQQAL Azərbaycan dövlətinə, onun qanunlarına, Azərbaycan xalqının cümhuriyyətçilik ideallarına, strateji hədəflərinə meydan oxuyur.
Din adına cinayətin və xəyanətin meydan suladığı bu Cəhalət Vadisində ölkənin düşünən beyinləri ilə bağlı fətvalar verilir, hökmlər kəsilir… Küçə və meydanlar Azərbaycan dövlətinin mövcudluğuna qənim kəsilmiş xarici dairələrin maraqlarının ifadə olunduğu, dəstəkləndiyi, özlərini bizdən saymayanların məkanına çevrilir… Qara bayraqlar və qara kölgələr bu vadinin küçə və meydanlarına intellekt və mədəniyyət işığının bir zərrəsini belə yaxın buraxmaq istəmir… Din və məzhəb pərdəsi arxasında gerçək simasını gozlətmiş CƏHALƏT, CİNAYƏT və XƏYANƏT bütün ali dəyərləri ayaqları altında əzir, tapdalayır… Sivil bir cəmiyyətə, onun əsrlərin sınağından keçərək cilalanmış dəyərlərinə barmaq silkələyir.

“Qum” dənəcikləri…

90-cı illərin əvvəllərinədək “QUM” sözü əksər azərbaycanlılar üçün vahid bir anlam kəsb edirdi: Sadəcə, qum… Tikinti materialı, yaxud Günəş şüası qəbul etmək üçün yataq əvəzi… Qumu sement və su ilə qarışdırıb daşı daş üstə qoyurduq… Xəzərin sahilində qum üzərində yorğunluğumuzu çıxarır, istirahət edir, əylənirdik…
Yay gələndə Xəzərin qumlu sahilləri ilə qol-boyun olan Bakı kəndləri, o cümlədən Nardaran da qonaqlı-qaralı olurdu… O zaman qum başımızı deyil, ayaqlarımızın altını isidirdi…
Müstəqilliyimizin ilk illərindən başlayaraq, ayaqlarımız altında tutmağa alışdığımız qum, bir qrup geri zəkalının, Vətən, Millət və Dövlət təəssübündən qısır simasızların, din və mənəviyyat alverçisinin, əmmaməli və əmmaməsiz tamahkarların xəyanəti və buraxılmış boşluqlar, yol verilmiş yanlışlıqlar səbəbindən başımıza ələnməyə başladı. Cəzasızılıq mühiti hökm sürdükcə, xüsusi təlim keçmiş Qum “dənəcikləri”nin din və Allah adına təhdidləri, feodal təfəküründən qaynaqlanan “hökm” və “fətva”ları davam etdikcə, Bakının digər kəndlərindən heç bir fərqi olmayan Nardaran Narda(İ)rana, yaxud ultraşovinist fars millətçilərinin iddia etdiyi kimi “Northern (İ)ran”a (“Şimali İran”) çevrilməyə başladı… Küçə və meydanlar qaraya büründü, teokratik İran rejiminin şüarları ilə “bəzədildi”. Dövlət qurumlarının fəaliyyəti sabotaj edildi, yerli idarəetmə orqanlarının formalaşdırılmasına imkan verilmədi və burada yaşayan bir qrup azğınlaşmış din alverçisi özünü xüsusi imtiyaz sahibi hesab edərək, xəyanətkar əməllərinin əhatə dairəsini genişləndirməyə, özləri kimiləri himayə etməyə başladılar… Kiçik bir qəsəbənin sakinlərini idarə olunan feodal təfəkkürləri ilə, teokratik rejimlərə xas olan şantaj üsulları ilə daim basqı altında saxlamağa çalışan bu (ağ) SAQQALlar hətta dövlətlə onun vətəndaşları arasında vasitəçilik iddiasına düşəcək qədər həyasızlaşdılar.

Sən niyə susursan?

Əslində buraya qədər sadaladıqlarım Nardaranı bütün ölkənin yoluxdurulmasına hesablanmış Nard İrinə çevirən səbəblərin kiçik bir hissəsini əhatə edir.
Nəinki Nardaranı, bütövlükdə Azərbaycanı feodal dövrünün qaranlıqlarına sürükləmək istəyən Qum “dənəcikləri”nin konstitusion dövlət quruluşumuza, mədəniyyətimizə, milli dəyərlərimizə açıq-aşkar meydan oxumağa cəsarət etmələrinin əsas səbəblərindən biri də cəmiyyətimizin üzdə olan bir çox simalarının açıq və israrlı mövqe nümayiş etdirməkdən çəkinmələridir.
Xaricdən idarə olunduğuna şübhə etmədiyim dini ekstrimistlərin sivil milli və bəşəri dəyərlərimizə qarşı açdıqları savaşın qarşılığında aşırı laqeyidliyin nümayiş etdirilməsi yolverilməzdir! Deyəsən bir çoxları baş verənlərin fərqində deyillər…
Bilirsiniz, bu adamların və onları idarə edənlərin istəyi nədir? Uzağa getmək, heç Azərbaycanın qonşuluğundakı teokratik rejimə nəzər salmaq da lazım deyil… Nardarana baxın, yetər… Təsəvvür edin, geri zəkalılardan, feodal dövrünün ünsürlərindən ibarət, təhsilsiz, elmdən və mədəniyyətdən xəbərsiz, məntiq anlamayan, qondarma ehkamlarla silahlanmış bir qrup şəxs sizin yaşamınızın sərhədlərini cızır və siz onların arzu etdiyi kimi yaşamağa, düşünməyə məhkum edilirsiniz. Azadlığınıza qondarma ehkamlarla, əsassız, sibyektiv mülahizələrlə sərhəd çəkilir. Və bu ehkamlar sizi hər addımda izləyir, “fətva” verir, “hökm” kəsir… Bu qara düşüncəli, qara əxlaqlı adamcığazlar sizə ayaqyoluna necə getməyin şərtlərini belə diqtə edirlər… Mən hələ uçurulan abidələrdən, qadağan edilən mədəniyyət nümunələrindən, sərhəd tanımayan vandalizm aktlarından söz açmıram…
Bax belə… Cəhalətin qarşısında geri çəkilmək gələcəyimizin zülmətə, şərə, qara adamcığazların hikkəsinə, təpəgözlərin ehkamlarına, nağıllara, əfsanələrə qurban verilməsi deməkdir!
Sən işığın, elmin, mədəniyyətin, təhsilin yolundasan! Haq yolundasan! Susma! Cəsarətli ol!

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Akula Akif”in gizli bank kodları: talan edilən ölkə pulları

Next Post

Davudoğludan sərt çıxış: “Yenə vurarıq”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Davudoğludan sərt çıxış: “Yenə vurarıq”

İran səfirliyindən Nardaran - bəyanatı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.