Cəlilabadda ağır yol qəzası baş verib, ölən və yaralanan var.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Elchi.az-a verilən məlumata görə, fevralın 5-də Cəlilabad rayonunun Privolnoye kəndi ərazisində rayon sakini E.Əhmədovun idarə etdiyi MAZ markalı avtomobillə qarşıdan gələn “Ford” markalı avtomobil toqquşub.
Nəticədə “Ford” markalı avtomobilin sürücüsü, İsmayıllı rayon sakini N.Məmmədov xəsarət alaraq Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, sərnişin, Daşkəsən rayon sakini İ.Quliyev isə aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.
Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb
Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...




