Cəlilabad rayonunda ağır yol qəzası baş verib.
Elchi.az “Report”a istinadən xəbər verir ki, qəza rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.
Belə ki, qəza zamanı minik avtomobili motosikletlə toqquşub. Nəticədə motosikletin sürücüsü, 1985-ci il təvəllüdlü Əhliman Tağıyev ağır bədən xəsarətləri alıb. O, rayon xəstəxanasına aparılıb.
Hazırda Ə.Tağıyev travmatik şok vəziyyətindədir.
Faktla bağlı araşdırma aparılır.





