Cəlilabadda 2 avtomobilin toqquşması zamanı ölən və yaralananların adları məlum olub.
APA-nın cənub bürosunun xəbərinə görə, “BMW” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər – Cəlilabad rayonunun Maşlıq kənd sakinləri olan Tural İntiqam oğlu Adıgözəlov, Mürsəl Alim oğlu Quliyev və Qorxmaz Rahim oğlu İsmayılzadə hadisə yerində dünyasını dəyişib.
Avtomobillərdə olan Kamran İbadulla oğlu Vəlizadə, Hacıbala Balabəy oğlu Şahbazov, Cahid Təbiət oğlu Eyvazov və Balasər Həsən oğlu İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
***
13:19
Cəlilabadda 2 avtomobil toqquşub, ölən və yaralananlar var.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza Göytəpə şəhərində qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində 2 nəfərin öldüyü, 5 nəfərin isə yaralandığı bildirilir.
Hazırda ölən və yaralananların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.






