“Psixologiya elə bir yanaşma növüdür ki, əgər insan özündə bir şeyi problemə çevirmirsə onda biz ona sən yanlışsan ya da anormal birisən deyə bilmərik. Bir insanın öz cinsindən birinə meyl etməyi baxmayaraq ki, cəmiyyətdə qəbul olunmur əgər insan özündə bunu bir problem kimi görmürsə onda biz də buna bir problem kimi baxa bilmərik”-bu sözləri Elchi.az-a açıqlamasında Psixoloq Sona Səlimli deyib.
Onun sözlərinə görə bir insanın birini sevməsi qlobal deyil fərdi münasibətdir:” Necə ki, heç bir insan digərinin dininə qarışa bilməz, hansısa şəxsin kimisə sevməyi cəmiyyəti bu qədər narahat etməməlidir.
Biz bunun həqiqətən problem olub olmadığına baxmaq üçün bir neçə meyyara baxmalıyıq. Birincisi eyni cinsə qarşı göstərilən meyl: şəxsin şüurunu bulandırırmı; onun gündəlik həyatında ona maneə olurmu; özünə ya da ətrafına psixoloji yaxud fiziki ziyan göstərməyinə gətirib çıxarırmı; onu elə vəziyyətə gətirirmi ki, o reallıqla halüsinasiyanı ayıra bilməsin; koqnitiv təfəkkürünə ziyan vururmu; fiziologiyasında hansısa ziyanverici dəyişikliyə gətirib çıxarırmı? Bu sualların hamısının cavabı xeyrdisə onda psixoloq buna bir problem kimi baxa bilməz. Cəmiyyət bir çox şeyi müəyyən dövrlər ərzində qəbul etməkdən imtina edib amma bu o demək deyil ki, cəmiyyətin narazılıq etdiyi hər şey mütləq həqiqətdir. İlk olaraq onu qeyd edim ki, bu meylin artması yanlış düşüncədi”.
Sona Səlimli bunun həmişə olduğunu, sadəcə insanların ümumi sayının artdığından və sosial media vasitəsilə dünyanın hər yerinə bələd olduğundan get-gedə artırmış illuziyasını yaratdığını vurğulayıb.
“Həm də içinə qapanıq olanlar artıq bunu gizlətməməyə başlayırlar. Əgər bir insan əvvəllər yalnız öz yaşadığı şəhərcikdən ya da kənddən xəbəri olurdu sa indi bütün ölkədən xəbəri olur bu da informasiya çoxluğuna yol açdığı üçün insana elə gəlir ki, hadisələr çoxalmağa başlayıb. Halbuki, artan şey ümumi insan sayısı və qəbul edilən informasiyadır.
Unutmaq olmaz ki, bir şeyə necə baxmağımızdan çox şey asılır. Əslində problem olmayan bir şeyə problem kimi baxılsa onda insanın gözündə böyüyəcək”.
Psixoloq, anlayış göstərsə, empatiya bəsləsə və onların bucağından baxmağa başlasa bəzi problem kimi görülən şeylərin yox olacağını da qeyd edib.
“Ümumi olaraqsa eyni cinslərin münasibətləri haqqında təsəvvürü olmayan insanlar ya da qəti şəkildə qəbul etməyən insanlar tarixə və təbiətə baxaraq daha çox informasiya əldə edə bilər və anlamaq lazımdır ki, biz insanıq yəni problemləri söhbət edərək də həll edə bilərik. Müəyyən kütləyə nifrət qusmaq məsələ həllinə gətirib çıxarmayacaq”.
Havar Şəfiyeva






