"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Cənab prezident, havalar pis keçir…

14 Dekabr 2018 - 09:48
in KÖŞƏ YAZILARI

Bu, uzaq keçmişdə olmayıb, amma yaxın tarixdə də deyildi; onda hələ Azərbaycan tarixinin ən faciəvi “parlament müzakirə yeri deyil” cümləsi Oqtay müəllimin dilindən səslənməmiş, Rövnəq müəllim “pəncərələri açıq qoyursunuz, qaz çıxır”, Hadi müəllim, “söyməyin, nəvələrim oxuyur” deməmişdi.
Onda hələ feysbuka da yenicə öyrəşməyə başlayırdıq. Mark da indiki qədər həyatımıza oturmamış, feysbukda da “demokratiya carçıları”, “milli vətənpərvərlər” ordusu yaranmamış, “feminist hüquq müdafiəçiləri” şəbəkələşmiş şəkildə, həm də dəstəbədəstə məişətə nüfuz eləməmişdilər.
Deyəsən, onda hələ Astronomiya fənni də orta məktəbdən yığışdırılmamış, şanlı hökumətimiz də kosmoqonik arzularımızın “Məhsul”unu dərməmişdi.
Proses yaratmasaq da, düşünürdük ki, proses özü bizi yaradacaq, hansısa demokratiyanın bətnindən ölü, ya diri bayıra atacaq…
Heç biz onda ağlımızın ucundan da keçirmirdik ki, 2003-də “bizi küçələrdən yığışdırtdıran” ABŞ səfirliyinin demokratiyası bir gün “qoz-fındıq islahatı” adı altında “pendir” bağlayacaq.
Amma hələ də nəyəsə ümid edirdik. Hər gün bir bəhanə tapıb başımızı qatırdıq ki, nəsə olacaq. Sanki harasa tələsirdik, amma hara, özümüz də bilmirdik. Bilmirdik ki, əslində, heç “tələsən yerimiz də yoxdur”.
Heç gözləmirdik də günün birində – daxili təlatümlərimiz, iztirablarımız bülleten şəklində əfruzların yaxasından seçki, oradan da hər hansı bir zibil qutusuna atılacaq.
Bu o vaxt idi ki, deyəsən, Hüseynqulu Bağırov prezidentin hansısa bir iradına: “Cənab prezident, çalışarıq, havalar yaxşı keçsin”, – demişdi.
Hə, onda şanlı nazirimizin bu fikri diqqətimizi çəkməsə də, troposferdə inversiya yaratmış, Əflatun müəllimin dediyi kimi, “Bozon qatı”nda yepyekə bir dəlik açmışdı.
Sizə qəribə gəlməsin, “çalışarıq, havalar yaxşı keçsin”in dünya elmində analoqu yox idi. Məhz ona görə də nəinki bu Vanqasayağı deyimi çözə bilməyən Astronomiya fənni, hətta Coğrafiya fənni də tədrisdən çıxarılsa, təhsilimizin imicinə heç bir kölgə düşməyəcəkdi.
Bunu niyə yazdım:
Eşitdim ki, Hüseyn müəllim bu yaxınlarda iki-üç jurnalisti məhkəməyə verib, həbs etdirməklə hədələyir.
“Diffamasiya”nın anası ağlar qalmış bir məmləkətdə bu, təəccüblü görünməsə də, Hüseyn müəllimin belə bir addım atması bir qədər qəribədir.
Müəllim nazir olduğu dövrdə jurnalistləri ən az məhkəməyə verən məmurlar sırasında yer alırdı, özü də əməllicə iş-güclə məşğul idi. İxtisasca tarixçi – arxeoloq olduğundan hətta ağacların kəsilməsinə qarşı çıxır, əksinə, arxeoloji qazıntı nəticəsində kökündən çıxartdırırdı ki, izi-tozu qalmasın, ekoloji problem yaratmasın…
İndi isə müəllim işsizlikdən əziyyət çəkir, bekarçılıqdan məmurların təbirincə desək, jurnalist-murnalist tutdurur. Ona görə də onun yenidən ekoloji posta qaytarılmasına ciddi ehtiyac vardır, çünki bu aralar havalar çox pis keçir…

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ordumuzun mövqeləri atəşə tutuldu

Next Post

Qaşıqçının qətlinə görə Səudiyyə vəliəhdi məsuliyyət daşıyır! – ABŞ Senatı qətnamə qəbul etdi

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post
Qaşıqçının qətlinə görə Səudiyyə vəliəhdi məsuliyyət daşıyır! – ABŞ Senatı qətnamə qəbul etdi

Qaşıqçının qətlinə görə Səudiyyə vəliəhdi məsuliyyət daşıyır! – ABŞ Senatı qətnamə qəbul etdi

Strasburqda insanlara atəş açan şəxs İŞİD yaraqlısı olub

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.