"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Cənub Qaz Dəhlizi” mühüm və strateji layihədir

01 May 2015 - 09:42
in İQTİSADİYYAT MANŞET
f45a15217b03a844bf9e57c88305132bMaroş Şevçoviç: “Avropa İttifaqı Xəzər regionundan qazın tədarükünün 2019-2020-ci illərdə başlanmasını nəzərdə tutub”

Aşqabadda rəsmi səfərdə olan Avropa Komissiyasının energetika məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç  Avropa İttifaqının Xəzər regionundan qazın tədarükünün 2019-2020-ci illərdə başlanmasını nəzərdə tutduğunu bildirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkmənistan Dövlət Televiziyası məlumat yayıb.

Bunu da oxuyun

Türkiyə şirkəti Ağdam Sənaye Parkında rezident olacaq

Azərbaycanda “Made in BRICS & SCO” beynəlxalq sərgi keçirilir

Azərbaycanda hava nəqliyyatı ilə yük və sərnişin daşınması artıb

Maroş Şevçoviç  Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə danışıqların yekununa dair telemüsahibəsində Berdiməhəmmədov ilə  enerji sahəsində Türkmənistan-Aİ tərəfdaşlığının möhkəmləndirilməsinə dair məsələləri müzakirə etdiyini qeyd edib. Onun sözlərinə görə, görüşdə həmçinin Avropa bazarlarına enerji resurslarının tədarükünün diversiifikasiyasına  (şaxələndirilməsi) dair Aİ-nin proqramı barədə fikir mübadiləsi aparılıb.

“Konkret olaraq müəyyənləşdirdik ki, “Cənub Qaz Dəhlizi” bizim üçün mühüm və strateji layihədir, çünki bu layihə enerji marşrutlarını və enerji mənbələrini şaxələndirmək iqtidarındadır. Biz  Xəzər regionundan qazın Avropaya tədarükünün  2019-2020-ci illərdə başlanmasını arzulayırıq”, deyə energetika məsələləri üzrə avrokomissar bildirib.

Onun sözlərinə görə, Azərbaycan, Türkiyə, Türkmənistan və Aİ nümayəndələrinin mayın 1-nə nəzərdə tutulmuş görüşü məhz Xəzər regionundan Avropaya təbii qazın nəqli layihəsinin icrası məsələsinə həsr olunacaq. Şevçoviç qeyd edib ki, dördtərəfli görüş zamanı qeyd olunan layihə çərçivəsində tərəflərin əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulub.

Şevçoviç həmçinin Türkmənistan prezidenti ilə danışıqlar zamanı Xəzər dənizinin dibi ilə və İran üzərindən qaz boru xəttinin çəkilməsi imkanlarının müzakirə olunduğunu qeyd edib. Onun sözlərinə görə, hazırda İranla diplomatik münasibətlər müsbət inkişaf edir və Aİ ümid edir ki,  “altılıq”-Tehran danışıqları uğurlu nəticələnəcək.

“Prezident qeyd etdiyi kimi, Türkmənistanın bu layihələrdə iştirak etmək üçün siyasi iradəsi, Avropanın isə enerji tədarükünün şaxələndirilməsi üçün siyasi istəyi var”, deyə Şevçoviç qeyd edib.

Onun sözlərinə görə, “Nabukko” layihəsi bir sıra çətinliklərlə üzləşib, çünki onun icrasına lazımi diqqət yetirilməyib. Şevçoviç Avropa Komissiyasının iri qaz şirkətlərinin kommersiya maraqlarını və bu layihələrdə iştirak etmək niyyətlərini müəyyən etmək üçün tədbirlər görəcəyini qeyd edib. O Avropa Komissiyasının bu istiqamətdə səylərinin əvvəlkindən daha israrlı olacağını vurğulayıb.

Şevçoviç müsahibəsində həmçinin Türkmənistan prezidenti ilə Xəzər dənizinin dibi ilə qaz boru xəttinin (Transxəzər qaz borusu) çəkilməsinin mümkün ekoloji risklərinin müzakirə etdiyini bildirib. Onun sözlərinə görə, mütəxəssislərin apardıqları araşdırmaların müsbət nəticələrinə əsasən, Xəzər dənizinin dibi ilə qaz boru xəttinin çəkilməsi regiona ekoloji təhlükə yaratmayacaq.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycandan didərgin salınan jurnalistlə Parisdə görüş

Next Post

«Bu idman yarışı ən yüksək səviyyədə keçiriləcək» – Rauf Zeyni

Bənzər yazılar

Türkiyə şirkəti Ağdam Sənaye Parkında rezident olacaq

Türkiyə şirkəti Ağdam Sənaye Parkında rezident olacaq

29 Aprel 2024 - 10:15

Türkiyənin dəri məmulatlarının istehsalı üzrə ixtisaslaşmış “Birlik Deri” şirkətinə Ağdam Sənaye Parkının rezidenti statusu veriləcək. Elchi.az  xəbər verir ki, bu...

Azərbaycanda “Made in BRICS & SCO” beynəlxalq sərgi keçirilir

Azərbaycanda “Made in BRICS & SCO” beynəlxalq sərgi keçirilir

17 Aprel 2024 - 15:24

Bakıda bu gün Ekspo Mərkəzdə "Made in BRICS & SCO" beynəlxalq sərginin açılışı olub. Elchi.az  xəbər verir ki, burada BRİCS...

Azərbaycanda hava nəqliyyatı ilə yük və sərnişin daşınması artıb

Azərbaycanda hava nəqliyyatı ilə yük və sərnişin daşınması artıb

16 Aprel 2024 - 21:58

Bu ilin yanvar-mart aylarında Azərbaycanda hava nəqliyyatı ilə 94,5 min ton yük, 782,1 min sərnişin daşınıb. Elchi.az  bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər...

Bitkoin kəskin ucuzlaşıb

Bitkoin kəskin ucuzlaşıb

22 Mart 2024 - 20:35

Bitkoinin məzənnəsi “Coinbase” birjasında hərrac zamanı 63 min dollardan aşağı düşüb. Elchi.az xəbər verir ki, bu barədə birjanın verilənlərindən məlum olub. Dünyanın...

Next Post

«Bu idman yarışı ən yüksək səviyyədə keçiriləcək» - Rauf Zeyni

Rokfeller ürəyini “dəyişdirdi“

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.