Cənubi Afrika Çini əvəz edərək BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) qrupuna sədrlik edir.
Elchi.az bu barədə TASS-a istinadən xəbər verir.
İlin sonuna qədər BRİKS liderlərinin toplantılarına rəhbərlik edəcək Cənubi Afrika prezidenti Siril Ramafosa deyib ki, bu qrup BMT və digər beynəlxalq təşkilatlarda prioritet göstərməkdə mühüm rola malikdir. Ramafosanın fikrincə, BRİKS qrupu dünyanın əksər ölkələrinin maraqları əsasında bütün beynəlxalq arxitekturada islahatların aparılması prosesinə rəhbərlik etməlidir.
Cənubi Afrika Respublikasının paytaxtının diplomatik dairələrindən məlum olub ki, BRİKS-in mümkün genişləndirilməsi ilə bağlı danışıqlar yaxın aylarda aparılacaq. Artıq Əlcəzair, Argentina və İran BRİKS-ə qoşulmaq üçün müraciət edib, Səudiyyə Ərəbistanı, Türkiyə və Misir bu qrupa qoşulmaqda maraqlı olduqlarını bəyan ediblər.
2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin BRİK qrupunu yaratdı. Cənubi Afrika 2011-ci ildə bu qrupa qoşularaq onu BRİKS-ə çeviriblər.
Yeganə





