Zirvə toplantısında “BRİKS” sammitinin beş ölkəsindən dördünün (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) liderləri şəxsən iştirak edəcək. Elchi.az xəbər verir ki, bu barədə “RBC”yə Cənubi Afrikanın “BRİKS”dəki nümayəndəsi Anil Suklal məlumat verib.
Rusiya prezidenti Vladimir Putin əsas görüşlərə videobağlantı vasitəsilə qoşulan yeganə liderdir. Yohannesburqdakı Rusiya nümayəndə heyətini xarici işlər naziri Sergey Lavrov şəxsən təqdim edəcək.
Sammit avqustun 22-dən 24-dək baş tutacaq. Tədbirin əsas iclasları avqustun 23-də keçiriləcək. O cümlədən açıq və qapalı sessiyalar keçiriləcək, burada beş ölkənin liderləri dünya siyasəti, iqtisadi əməkdaşlıq və qlobal təhlükəsizliyin əsas məsələlərini müzakirə edəcəklər.
Həmçinin Rusiya prezidenti sammitin artıq hazırlanmaqda olan yekun bəyannaməsinin qəbulunda iştirak edəcək.
Havar Şəfiyeva





