Cənubi Afrika mediası iddia edir ki, Cənubi Afrika hakimiyyəti BCC-nin orderinə görə Rusiya prezidenti Vladimir Putinin BRİKS sammitində iştirakını videobağlantı vasitəsilə təşkil etmək istəyir.
Elchi.az bu barədə Rusiya mediasına istinadən xəbər verir.
Belə ki, Cənubi Afrikanın “Sunday Times” nəşri mənbələrə istinadən yazır ki, Cənubi Afrika hakimiyyəti avqustda keçiriləcək BRİKS sammitində Putinin iştirakına görə təhlükəsiz format hazırlamaq üçün Rusiya hakimiyyətinin nümayəndələri ilə danışıqlar aparır.
Nəşr qeyd edir ki, sammitin aparıcısı Putin də daxil olmaqla bir sıra dəvət olunmuş şəxslərin tədbirdə iştirakını videobağlantı vasitəsilə təşkil etməyi təklif edir. İddia olunur ki, Rusiya Federasiyası Prezidentinin formatının dəyişdirilməsinə səbəb Cənubi Afrikanın yurisdiksiyasını Roma Statutunu ratifikasiya etdiyini tanıyan Beynəlxalq Cinayət Məhkəməsinin orderi olub. Nəşr göstərir ki, Putinin Cənubi Afrikada şəxsi iştirakı halında yerli hakimiyyət orqanları onu həbs edə bilər.
Yeganə





