Cənubi Afrika Respublikası (CAR) prezidentinin administrasiyası öz rəsmi saytında dərc etdiyi bir nəşrdə CAR liderinin Afrika ölkələrinin sülhməramlı missiyası çərçivəsində cümə günü səhər Kiyevə gəldiyini bildirib.
Elchi.az Mk.ru-ya istinadən bildirir ki, CAR prezidentinin administrasiyası Ramafosanın Kiyev vağzallarından birində görüşünün süjetini dərc edib.
Respublika rəhbəri və missiyanın digər üzvləri, o cümlədən Zambiya, Komor və Seneqal rəhbərləri qatarla Ukrayna paytaxtına gediblər.
Cənubi Afrika lideri Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparmaq niyyətindədir və artıq iyunun 16-da günortadan sonra Ramafosa Kiyevi tərk edərək Sankt-Peterburqa gedəcək. Burada Afrika nümayəndə heyəti Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.
Yeganə





