"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Cənubi Azərbaycan Cümhuriyyəti qurula bilər?

27 Oktyabr 2022 - 15:21
in GÜNDƏM

Artıq bir aydan çoxdur ki, İranda etirazlar səngimək bilmir. Məhsa Əmini adlı kürd kökənli qadının “əxlaq polisi” tərəfindən qətlə yetirilməsi ilə başlanan etirazların 40-cı günüdür. Hazırda İranın əksər şəhərlərində geniş aksiyalar keçirilir. Diqqətçəkən məqam isə axşam saatlarında aksiyaların Cənubi Azərbaycan vilayətlərini də əhatə etməsidir. Urmiyada, Təbrizdə, Güney Astarada və s. şəhərlərdə kütləvi aksiyalarda polislə qarşıdurmalar yaşanıb.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Elchi.az bildirir ki, İranda baş verənlərlə bağlı sosial şəbəkə hesabında açıqlama verən politoloq Turan Rzayevin sözlərinə görə, ümumiyyətlə, İranda etiraz aksiyaları günü-gündən şiddətlənsə də, Mərkəzi İran vilayətləri ilə Cənubi Azərbaycan vilayətlərində etiraz aksiyaları kəskin fərqlənir:

“Misal üçün, Tehran metrosunda “Bu il qan ilidir, Xamenei devrilməlidir” şüarı səsləndirilir, Şuş məhəlləsində “Öldürərik bacımızı (Məhsa Əmini) öldürənləri”, Firdovsi bulvarında “İslam Respublikası istəmirik” şüarları səsləndiyi halda Təbrizdə “Azadlıq, Ədalət, Milli Hökumət”, Astarada, Urmiyada “Azadlıq” şüarları səsləndirilir, Xameneinin banneri yandırılır.
Molla rejiminin etiraz aksiyalarına müdaxiləsində də açıq-aşkar fərqlər hiss edilir. Belə ki, Təbrizdə barikadalar quran İran polisi azərbaycanlılara atəş açır.
Etiraz aksiyaları müstəqillik hərəkatına çevrilir
Diqqətçəkən bir digər maqam isə Cənubi Azərbaycan vilayətlərində başlanan etiraz aksiyalarının tədricən Təbriz mərkəzli təşkilatlanmasıdır. Milli fəallar açıq şəkildə Cənubi Azərbaycanın müstəqilliyini tələb edir. İran xaricində yaşayan cənubi azərbaycanlı siyasi mühacirlər də Cənubi Azərbaycan vilayətlərindəki etiraz aksiyalarına ölkə xaricindən dəstək verir.
Cənubi Azərbaycanda baş verən etiraz aksiyalarının tədircən milli azadlıq hərəkatına çevrilməsi həm də rejimin İran Konstitusiyanın 15-ci və 19-cu maddələrini pozması ilə əlaqədardır. Belə ki, qeyd olunan maddələrə görə, ölkədə yaşayan bütün etniklər öz ana dilində təhsil almalı, vətəndaş hüquqlarına malik olmalıdırlar. Buna baxmayaraq, İranda yaşayan qeyri-fars xalqlar arasında yalnız ermənilərin ana dilində məktəbləri mövcuddur. Bundan başqa, rejim azərbaycanlılara qarşı kütləvi repressiyalar təşkil edir, gəncləri sırf ana dillərində danışmaq, təhsil almaq istəmələrinə görə, həbsə atıb işgəncələr verir. Buna görə də, Cənubi Azərbaycan vilayətlərindəki etiraz aksiyaları tədricən İranın digər vilayətlərindən fərqlənərək motivini dəyişir”.

Politoloq “Cənubi Azərbaycan Cümhuriyyəti qurula bilərmi?” sualına da aydınlıq gətirib:

“Etiraz aksiyalarının tədricən güclənməsi və Cənubi Azərbaycan vilayətlərində milli hərəkata çevrilməsi, eyni zamanda təşkilatlanması Cənubi Azərbaycan Cümhuriyyətinin qurulması ümidlərini artırır.
İran bunu separatçı hərəkat adlandırsa da, hüququ olaraq bu, Cənubi Azərbaycanın öz müqəddəratını təyin etməsidir. İran Konstitusiyanın 15-ci və 19-cu maddələrini icra edərək cənubi azərbaycanlılara öz ana dilində təhsil almaq və digər vətəndaş hüquqlarını versə idi və ya Cənubi Azərbaycanın muxtariyyətini tanısa idi, bənzər situasiyanı separatçılıq adlandıra bilərdi. Lakin bütün bunları etməyən molla rejimi faktiki olaraq, cənubi azərbaycanlıları sıxışdırır, assimilasiya siyasəti aparır.
Beynəlxalq təcrübə göstərir ki, bir ölkə daxilində etnik azlıqların assimilasiya edilməsi, milli və mədəni kimliyinin pozulması kimi cəhdlər qarşılığında həmin azlığın başlatdığı siyasi və silahlı mübarizə seperatizm deyil, öz müqəddəratını təyin etmək adlanır. Buna görə də, deyə bilərik ki, indiki məqamda proseslərin bu tempdə inkişaf etməsi yekunda Cənubi Azərbaycan Cümhuriyyətinin qurulması ilə nəticələnə bilər. Proses bir müddət sonra səngisə belə, Cənubi Azərbaycan gec-tez öz müqəddəratını təyin edəcək və Cənubi Azərbaycan Cümhuriyyəti qurulacaq”.

Şayəstə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Prezident DİN-ə yeni səlahiyyət verdi

Next Post

Nikol Paşinyan pis tələbəyə bənzəyir: Müxalifətçi Ermənistanın baş nazirini yalançılıqda ittiham edib

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Nikol Paşinyan pis tələbəyə bənzəyir: Müxalifətçi Ermənistanın baş nazirini yalançılıqda ittiham edib

Nikol Paşinyan pis tələbəyə bənzəyir: Müxalifətçi Ermənistanın baş nazirini yalançılıqda ittiham edib

Şarl Mişel Qazaxıstanı “vacib tərəfdaş” adlandırıb

Şarl Mişel Qazaxıstanı "vacib tərəfdaş" adlandırıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.