Cənubi Koreyada müxalifətin nəzarətində olan Milli Assambleyada Baş nazir Han Duk-sunun “vəzifələrində bacarıqsız olduğu” səbəbi ilə vəzifədən azad edilməsi təklifi qəbul edilib.
Yonhap xəbər verir ki, təklif parlamentdən 175 səs, müxalifətdə olan Demokrat Partiyasının (DP) dəstəyi ilə, 116 əleyhinə səslə keçib.
Elchi.az xəbər verir ki, belə ki, Cənubi Koreya Milli Assambleyasında ilk dəfə olaraq Baş nazirin vəzifədən azad edilməsi təklifi qəbul edilib.
Prokurorun DP lideri Lee Jae-myung-un korrupsiya ittihamı ilə həbs edilməsi tələbindən sonra müxalifət partiyası sentyabrın 19-da baş nazir Hanın vəzifədən azad edilməsi ilə bağlı parlamentə vəsatət təqdim edib.
Digər tərəfdən, hakim Xalq Gücü Partiyası (PPP) DP-ni sözügedən vəsatətlə Linin həbsini “suya salmağa” çalışmaqda ittiham edib.
Bundan əlavə, DP xarici işlər naziri Park Jin və daxili işlər naziri Li Sanq Minin Yoon Suk Yeol administrasiyasından istefaya göndərilməsi ilə bağlı parlamentin vəsatətlərini qəbul edib, lakin prezident Yoon onları rədd edib.
Şayəstə Hüseynova




